close
icon E-kataloq və kitabxana

Sentyabr ayının 30-da Çexiya Milli Kitabxanasının direktoru cənab Petr Kroupa Milli Kitabxanada olmuşdur.

30-09-2016

Sentyabr ayının 30-da Çexiya Milli Kitabxanasının direktoru cənab Petr Kroupa Milli Kitabxanada olmuşdur. Qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul edərək, görüşdən məmnunluğunu bildirmiş, kitabxana haqqında ətraflı məlumat verərək, kitabxananın həm də milli mətbuatın arxiv fondunun yaradıcısı olduğunu, respublikanın kitabxanaları üçün metodik mərkəz olduğunu söyləmişdir.
Cənab Petr Kroupa Çexiya Milli Kitabxanasının fondunda Azərbaycana aid ədəbiyyatın qorunduğunu söyləmişdir.  O, gələn il N.Gəncəvinin əsərlərindən ibarət sərginin Praqada təşkil olunmasını təklif etmişdir. K.Tahirov həmin sərginin həm də 2017-ci ilin sentyabr ayında keçiriləcək V Bakı Beynəlxalq kitab sərgi yarmarkası ərəfəsində Azərbaycan Milli Kitabxanasında nümayış olunmasını təklif etmişdir. O, həm də Çexiya Milli Kitabxanasında qorunan Azərbaycana aid qədim əlyazmaların, Azərbaycan klassiklərinin əsərlərinin kataloqunu 3 dildə: Azərbaycan, çex və ingilis dilində çap olunmasını təklif etmiş və cənab Kroupa bu Layihəni bəyənərək dəstəkləmişdir.
Cənab Kroupa Milli Kitabxana və  onun yeni layihəsi olan “Açıq kitabxana” ilə tanış  olmuşdur. O, “Açıq kitabxana”nı bəyənmiş, çox maraqlı və əhəmiyyətli layihə olduğunu söyləyərək, belə bir layihənin Praqada da həyata keçirilməsinin vacibliyini vurğulamışdır.
Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), Azərbaycan (ingilis dilində) və  mədəniyyət obyektlərini özündə əks etdirən xəritə qonağa hədiyyə verilmişdir.