close
icon E-kataloq və kitabxana

İlin Yekunları

Azərbaycan Milli Kitabxanasının 2024-cü il fəaliyyəti haqqında

Azərbaycan Milli Kitabxanası il ərzində öz fəaliyyətini Respublika Prezidenti cənab İlham Əliyevin mədəniyyət, elm, təhsil, informasiya texnologiyaları və digər müvafiq sahələrə dair imzaladığı fərman və sərəncamlar, Nazirlər Kabinetinin, Mədəniyyət Nazirliyinin qərarları, göstəriş və tapşırıqları, eləcə də mövcud qanunvericiliyə uyğun olaraq qurur, ölkədə elm, təhsil, mədəniyyətin inkişafı, milli-mənəvi dəyərlərimizin, kitab və mütaliənin təbliği ilə əlaqədar bir sıra əhəmiyyətli layihələr həyata keçirir, Azərbaycan gerçəkliklərinin dünyada tanıdılması istiqamətində mühüm nəticələrə nail olur.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentininin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən:

9 yanvar 2024-cü il tarixində Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda müvafiq sahəyə dair ədəbiyyatdan ibarət daimi guşə yaradılıb;

3 may 2024-cü il tarixində Milli Kitabxana tərəfindən hazırlanmış “Yaşıl dünya naminə həmrəylik” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub;

“Yaşıl dünya naminə” adlı daycest hazırlanıb və onlayn rejimdə təqdim olunub;

Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda “Azərbaycan ekologiyası” Biblioqrafiya kitabı nəşr olunub.

Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən:

10 yanvar 2024-cü il tarixində Milli Kitabxanada “Şuşa İslam dünyasının mədəniyyət paytaxtı” mövzusunda daimi guşə yaradılıb;

16-19 iyul 2024-cü il tarixlərində Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Şuşa milli geyimləri”,“Şuşa əl işləri”,“Şuşa zərgərlik məmulatları”,”Şuşa məişət əşyaları”,“Şuşa yemək və süfrə mədəniyyəti” mövzusunda virtual sərgilər onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023 tarixli Sərəncamına əsasən:

9 fevral 2024-cü il tarixində Milli Kitabxanada “Naxçıvan Muxtar Respublikası-100” adlı geniş kitab sərgisi açılıb;

Fevral ayında “Naxçıvan Muxtar Respublikası-100” adlı metodik vəsait hazılanıb;

24 aprel 2024-cü il tarixində Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub;

Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Naxçıvan Muxtar Respublikası-100” adlı biblioqrafiya kitabı nəşr olunub.

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında: Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən:

30 yanvar 2024-cü il tarixində Milli Kitabxanada Məhəmməd Əmin Rəsulzadə -140 adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi açılıb;

Fevral ayında “Məhəmməd Əmin Rəsulzadə-140” adlı daycest hazırlanıb;

“Məhəmməd Əmin Rəsulzadə” adlı Biblioqrafiya kitabı nəşrə hazırlanıb.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən:

13 senyabr 2024-cü il tarixində Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Məhəmməd Füzuli” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub;

İyun ayında “Məhəmməd Füzulinin bədii-fəlsəfi irsinin kitabxanalarda təbliği” adlı metodik vəsait hazırlanıb;

Əsli Miçiqan Universitet Kitabxanasında saxlanılan “Leyli və Məcnun” (Köçürülmə tarixi h. IX, m. XVI əsr; həcmi 61 vərəq, 4 miniatür), “Hədiqətüs-süəda” (Köçürülmə tarixi h. IX, m. XVI əsr; həcmi 274 vərəq) və əsli Drezden Universitet Kitabxanasında saxlanılan “Bəngü-Badə” (Köçürülmə tarixi h. 1008, m. 1600; həcmi 28 vərəq, 3 miniatür) əlyazmalarının elektron versiyaları Milli Kitabxana tərəfindən əldə edilib və 3 nüsxə nəşr olunaraq Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsinin fonduna verilib;

İl ərzində Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Məhəmməd Füzuli-530” adlı Biblioqrafiya kitabı nəşr olunub.

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında: Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2024-cü il tarixli Sərəncamına əsasən:

11 dekabr tarixində Milli Kitabxanada “Şuşa – İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” mövzusunda ənənəvi kitab sərgisi açılıb.

Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən:

7 dekabr 2024-cü il tarixində Nəbi Xəzrinin 100 illik yubileyi münasibətilə Milli Kitabxanada geniş kitab sərgisi açılıb;

10 dekabr 2024-cü il tarixində “Nəbi Xəzri-100” adlı Elektron məlumat bazası virtual rejimdə təqdim olunub;

“Nəbi Xəzri-100” adlı Biblioqrafiya kitabı nəşrə hazırlanıb.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Milli Kitabxananın əməkdaşları tərəfindən “26 avqust Laçın şəhəri günü”, “4 oktyabr Cəbrayıl şəhəri günü”, “17 oktyabr Füzuli şəhəri günü”, “20 oktyabr Zəngilan şəhəri günü”, “25 oktyabr Qubadlı şəhəri günü”, “8 noyabr Şuşa şəhəri günü”, “20 noyabr Ağdam şəhəri günü”, “25 noyabr Kəlbəcər şəhəri günü” adlı virtual sərgilər hazırlanaraq onlayn rejimdə təqdim olunub. Eyni zamanda Milli Kitabxana 27 Sentyabr - Anım Günü və 8 Noyabr - Zəfər Gününün qeyd edilməsi ilə bağlı tədbir keçirib.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində açılan 10-cu Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Kitabxana tərəfindən bir sıra tədbirlər keçirilib:

2 oktyabr tarixində Milli Kitabxana Bakı Ekspo Mərkəzinin konfrans zalında “Klassik Azərbaycan şeirinin günəşi-Məhəmməd Füzuli” mövzusunda Beynəlxalq Elmi konfrans keçirib, “Məhəmməd Füzuli-530” mövzusunda ekspozisiyanın açılışını, “Yaşıl dünya naminə həmrəylik ili” adlı virtual sərginin təqdimatını edib;

3 oktyabr tarixində Azərbaycan Milli Kitabxanası X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycan ekologiyası” adlı Biblioqrafiya kitabının təqdimatını keçirib;

3 oktyabr tarixində Bakı Ekspo Mərkəzində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə Gürcüstan Milli Parlament Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb;

5 oktyabr tarixində Bakı Ekspo Mərkəzində “Şuşa İslam dünyasının mədəniyyət paytaxtı" adlı kitab sərgisinin təqdimatı olub;

5 oktyabr tarixində Milli Kitabxanada Macarıstan ədəbiyyatı guşəsi açılıb.

Hesabat ili ərzində Milli Kitabxanada həmçinin bir sıra tədbirlər:

18 yanvar tarixində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir, 26 yanvar tarixində görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin Almaniyanın“Erqon-Nomos”nəşriyyatında “Bibliotheca Academica” – şərqşünaslıq sahəsində seçilmiş nəşrlər seriyasından çap olunan “Füzuli sənətkarlığı” kitabının təqdimat mərasimi, 2 fevral tarixində Azərbaycan Gəncləri Günü münasibətilə tədbir, 23 fevral tarixində XX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, türkçülük məfkurəsinin böyük carçısı Əli bəy Hüseynzadənin anadan olmasının 160 illik yubileyi münasibətilə tədbir və kitab sərgisinin açılışı, 24 fevral tarixində “Xocalı soyqırımı”, “Khojaly genocide”, “Khojaly tragedy – photo exhibition” adlı virtual sərgilər və “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı Elektron məlumat bazasının təqdimatı, 24 fevral tarixində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxana-sərbəst mütaliə bölməsində “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı tədbir və sərgi, 26 fevral tarixində Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir, 7 mart tarixində ölkəmizdə qadın hərəkatının görkəmli nümayəndəsi, ictimai-siyasi xadim, əməkdar müəllim Səidə İmanzadənin xatirəsinə həsr olunmuş “Cаида Иманзаде” kitabının təqdimatı, görkəmli şair Məmməd İsmayılın yaradıcılığı haqqında yazıçı-publisist Turan Uğurun qələmə aldığı “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimatı, 18 mart tarixində görkəmli şair-publisist, Əməkdar incəsənət xadimi Əli Tudənin anadan olmasının 100 illiyi ilə bağlı tədbir, 29 mart tarixində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir, “31 Mart-Azərbaycanlıların Soyqırımı Günüdür” adlı ənənəvi kitab sərgisi, 26 aprel tarixində ölkəmizdə keçirilən Qırğız Mədəniyyəti Günləri çərçivəsində Kitabxanada "Azərbaycan-Qırğızıstan mədəni-humanitar dostluq əlaqələri" mövzusunda dəyirmi masa, 8 may tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir” mövzusunda elmi konfrans və “Ümummilli Lider Heydər Əliyev” adlı Elektron məlumat bazasının təqdimatı, 27 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü, iyun ayının 14-də “Milli Qurtuluş günü” ilə əlaqədar tədbir, 6 sentyabr tarixində Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Milli Kitabxananın birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizə həsr olunmuş “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin elmi müzakirəsinə həsr edilmiş dəyirmi masa, 24 oktyabr tarixində xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr olunan "İlyas Əfəndiyev. Biblioqrafiya" kitabının və "Xalq yazıçısı İlyas Əfəndiyev" adlı Elektron məlumat bazasının təqdimat mərasimi, 29 oktyabr tarixində Xalq yazıçısı, akademik Kamal Abdullanın və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Rafiq Əliyevin müəllifləri olduğu “Qeyri-səlis məntiq və dil-nitq” kitabının, 30 noyabr tarixində “Süleyman Ələsgərov. Biblioqrafiya” kitabının və “Süleyman Ələsgərov. Sonata” not məcmuəsinin təqdimatı, 12 dekabr tarixində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir, 18 dekabr tarixində Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevə həsr edilən “Şavkat Mirziyoyev fenomeni” kitabının təqdimatı, 25 dekabr tarixində isə professor Şirməmməd Hüseynovun 100 illik yubileyi ilə əlaqədar Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Şirməmməd Hüseynov. Biblioqrafiya” kitabının və eyniadlı elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

25 oktyabr tarixində Milli Kitabxana respublikamızda ali ixtisas təhsilli kitabxanaçı kadrları hazırlayan əsas tədris mərkəzi olan Bakı Dövlət Universitetində “Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyası”nı açıb. İki qurum arasında Əməkdaşlıq memorandumu imzalanıb.

Cari ildə Milli Kitabxana istər ölkədaxili, istərsə də dünya miqyasında keçirilən beynəlxalq tədbirlərin iştirakçısı olub:

Milli Kitabxana Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 21-24 fevral tarixlərində Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisinin açılışını və görkəmli şərqşünas-alim, akademik Yevgeni Bertelsin ərəb dilinə tərcümə olunmuş “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatını və “Üç dilin şairi – Məhəmməd Füzuli” adlı tədbiri təşkil edib;

13 mart tarixində Londonda keçirilən Beynəlxalq Kitab Sərgisində iştirak edən Azərbaycan Milli Kitabxanasının direktoru və Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin üzvləri Britaniya Milli Kitabxanasında olub və kitabxananın baş direktoru Roly Keatinglə görüşüb;

1 may tarixində Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Milli Kitabxananın direktoru professor Kərim Tahirov “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı olub;

15-16 may tarixlərində Milli Kitabxana Özbəkistanın Səmərqənd şəhərində “Səmərqənd – MDB-nin mədəniyyət paytaxtı-2024” dövlətlərarası proqram çərçivəsində “Kitabxanalar birliyi: tərəfdaşlıq və innovasiya” mövzusunda Müstəqil Dövlətlər Birliyi (MDB) kitabxanaçılarının beynəlxalq konfransında təmsil olunub. Beynəlxalq konfransda Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova “Kitabxana-informasiya sahəsində süni intellektdən istifadənin üstünlükləri” mövzusunda məruzə və təqdimatla çıxış edib;

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 10-14 iyun tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 11-də Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsinin açılışı olub;

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 23-27 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində 25 sentyabr tarixində Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycan Milli Kitabxanası ilə Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanıb;

25 sentyabr tarixində Azərbaycan Milli Kitabxanası tərəfindən Qazaxıstan Milli Akademik Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi” açılıb;

Milli Kitabxana 24-25 oktyabr tarixlərində Belarus Respublikasının paytaxtı Minsk şəhərində Belarusun alman-faşist işğalçılarından azad edilməsinin 80 illiyinə həsr edilmiş ənənəvi "Kitabxana mədəniyyət fenomeni kimi" adlı XI Beynəlxalq Konqresdə təmsil olunub. Konfransada Azərbaycan Milli Kitabxanasının Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova “Milli musiqi irsimizin rəqəmsal dövrdə təbliği” mövzusunda məruzə və təqdimatla çıxış edib;

2 noyabr tarixində Milli Kitabxana Azərbaycanın ilk dəfə "fəxri qonaq ölkə" olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin iştirakçısı olub;

20 noyabr tarixində Milli Kitabxananın direktoru professor Kərim Tahirov “Birlik dövlətləri üçün peşəkar kadrların hazırlanmasında MDB ölkələri milli kitabxanalarının rolu” adlı onlayn konfransda “Kitabxanaçı kadrların hazırlanmasında Azərbaycan Milli Kitabxanasının rolu” adlı məruzə ilə çıxış edib.

30 noyabr tarixində Milli Kitabxana “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “İnformasiya menecmenti və davamlı inkişaf” mövzusunda III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu çərçivəsində Bakı Dövlət Universiteti, Türkiyənin Bartın Universiteti, Çankırı Karatekin Universiteti və Kastamonu Universitetinin əməkdaşları ilə birgə dəyirmi masa keçirib;

2 dekabr tarixində Milli Kitabxananın direktoru professor Kərim Tahirov ADA Universitetində keçirilən “İFLA Sənəd Paylaşımı və Mübadiləsi” konfransının açılış mərasimində Azərbaycan tərəfinin spikeri qismində "Rəqəmsal əsrdə sənəd paylaşımı və mübadiləsi" mövzusunda məruzə ilə çıxış edib;

10 dekabr tarixində Türkdilli Ölkələrin Milli Kitabxana Direktorlarının təsis konfransı Milli Kitabxanada keçirilib. Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirovun yeni yaradılan Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Birliyinə sədrliyi təklif edilib və o, yekdilliklə qurumun sədri seçilib.

Milli Kitabxanada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bir sıra tədbirlər həyata keçirilib:

11 noyabr tarixində “İqlim Dəyişikliyi” mövzusuna həsr olunmuş “Green World Solidarity Year” adlı elektron məlumat bazasının təqdimat mərasimi keçirilib;

12 noyabr tarixində “From the Golden fund of Azerbaijan National Library” mövzusunda virtual sərginin və ənənəvi kitab sərgisinin təqdimatı keçirilib;

13 noyabr tarixində “Green World Solidarity Year” mövzusunda virtual sərginin və ənənəvi kitab sərgisinin təqdimat mərasimi keçirilib.Tədbirin davamında “İqlim Dəyişikliyi” mövzusuna həsr olunmuş “Green World Solidarity Year” elektron Photo albumun təqdimatı olub;

16 noyabr tarixində “Our Ancient Homeland Western Azerbaijan” adlı Elektron məlumat bazasının və ənənəvi kitab sərgisinin təqdimat mərasimi keçirilib;

18 noyabr tarixində Milli Kitabxananın və Azərbaycan gənclərinin inkişaf hərəkatı ictimai birliyinin təşkilatçılığı ilə “Green World Solidarity Year” mövzusunda videoçarxın təqdimatı keçirilib;

19 noyabr tarixində “Shusha the Cultural Capital of the Islamic World” adlı Elektron məlumat bazasının təqdimat mərasimi keçirilib;

20 noyabr tarixində “Shusha - the pearl of Karabakh” adlı Elektron məlumat bazasının və ənənəvi kitab sərgisinin təqdimatı keçirilib.

ili ərzində Milli Kitabxananın nəşriyyat planına əsasən Azərbaycan Milli Kitabxanası – 100: Məqalələr məcmuəsi, Heydər Əliyev və Azərbaycanda kitabxana quruculuğu (Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur): Respublika Elmi Konfransının materialları, Arif Paşayev (Arif Mir Cəlal oğlu Paşayev): Biblioqrafiya, İlyas Əfəndiyev (İlyas Məhəmməd oğlu Əfəndiyev): Biblioqrafiya,Süleyman Ələsgərov (Süleyman Əyyub oğlu Ələsgərov): Biblioqrafiya, Azərbaycan ekologiyası: Biblioqrafiya, Birillik Azərbaycan kitabiyyat – 2022, Mədəniyyət, incəsənət, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq haqqında yeni ədəbiyyat. Cari biblioqrafik informasiya göstəricisi: May–2024, Mədəniyyət, incəsənət, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq haqqında yeni ədəbiyyat. Cari biblioqrafik informasiya göstəricisi: İyun – 2024, Mədəniyyət, incəsənət, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq haqqında yeni ədəbiyyat.Cari biblioqrafik informasiya göstəricisi: Oktyabr – 2024, Retrospektiv ədəbiyyat (2022-ci ildə Milli Kitabxanaya daxil olan müxtəlif illərə dair nəşrlər): Annotasiyalı biblioqrafik göstərici, Yeni kitablar 2023: Annotasiyalı biblioqrafik göstərici, № 1,Yeni kitablar 2023: Annotasiyalı biblioqrafik göstərici, № 2, Yeni kitablar 2023: Annotasiyalı biblioqrafik göstərici, № 3, Əlamətdar və tarixi günlər təqvimi – 2025, Hidayət (Orucov Hidayət Xuduş oğlu): Biblioqrafiya, Şirməmməd Hüseynov (Şirməmməd Ağaməmməd oğlu Hüseynov): Biblioqrafiya, Məhəmməd Füzuli (Məhəmməd Füzuli ibn Süleyman) (530 illik yubileyinə həsr olunur): Biblioqrafiya, Naxçıvan Muxtar Respublikası – 100: Biblioqrafiya kitabları, Azərbaycan memarlıq elementləri (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Memarlar İttifaqının və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi) nəşr olunub. Eyni zamanda Adil Gəray Məmmədbəyli. Pyeslər: Tar ilə fortepiano üçün, Adil Gəray Məmmədbəyli. Tar üçün etüdlər: (yuxarı kurslar üçün), Azərbaycan bəstəkarlarının əsərləri. Kamança və fortepiano üçün köçürənlər Hafiz Kərimov, Novruzəli Bayramov, Azərbaycan və rus bəstəkarlarının pyesləri. Tar ilə fortepiano üçün köçürəni Adil Gəray Məmmədbəyli, Pyeslər.Tar ilə fortepiano üçün köçürəni Adil Gəray Məmmədbəyli, Pyeslər məcmuəsi. Kamança və fortepiano üçün köçürənlər Hafiz Kərimov, Novruzəli Bayramov, Pyeslər məcmuəsi. Tar ilə fortepiano üçün köçürənlər Səid Hacıyev, Oqtay Quliyev, Hafiz Kərimov. Qamma və etüdlər: Kamança üçün, Səid Rüstəmov. Tar üçün melodik etüdlər, Pyeslər.Tar ilə fortepiano üçün köçürəni Səid Rüstəmov, Süleyman Ələsgərov. Sonata: Violino və fortepiano üçün, Şəfiqə Axundova. Mahnı və romanslar: fortepiano ilə oxumaq üçün musiqi əsərləri nəşr olunub.

Həmçinin dünya kitabxanalarında mühafizə olunan Nizami Gəncəvi. Leyli və Məcnun: Əlyazma, köçürülmə tarixi: h.1248 – m.1832-ci il. Saxlanılma yeri: Qətər Milli Kitabxanası, Nizami Gəncəvi.İsgəndərnamə-Şərəfnamə: Əlyazma, köçürülmə tarixi: h.905 – m.1499-cu il. Saxlanılma yeri:Uppsala Universitet Kitabxanası, Nizami Gəncəvi. İsgəndərnamə-Şərəfnamə: Əlyazma, köçürülmə tarixi: h.1248 – m.1832-ci il. Saxlanılma yeri: Filadelfiya Kitabxanası, Nizami Gəncəvi. İsgəndərnamə. Şərəfnamə:Əlyazma, köçürülmə tarixi: h.981 – m.1574-cü il. Saxlanılma yeri: Berlin Dövlət Kitabxanası, Nizami Gəncəvi. İsgəndərnamə. İqbalnamə: Əlyazma, köçürülmə tarixi: h.849 – m.1446-cı il. Saxlanılma yeri: Berlin Dövlət Kitabxanası,Nizami Gəncəvi. İqbalnamə: Əlyazma, köçürülmə tarixi: h. XIII – m. XIX əsr. Saxlanılma yeri: Berlin Dövlət Kitabxanası, Nizami Gəncəvi. Xosrov və Şirin: Əlyazma, köçürülmə tarixi: h.1224 – m.1809-cu il. Saxlanılma yeri: Tehran Səna məclis kitabxanası, Nizami Gəncəvi. Xosrov və Şirin: Əlyazma, köçürülmə tarixi: h.979 – m.1571-1572-ci il.Saxlanılma yeri: Oksford Universitet Kitabxanası, Nizami Gəncəvi. Xəmsə: Əlyazma, köçürülmə tarixi: h.1001-1003 – m.1593-1595-ci il. Saxlanılma yeri: Baltimor Uolters İncəsənət Muzeyi, Nizami Gəncəvi. Xəmsə: Əlyazma, köçürülmə tarixi: h.1001-1003 – m.1593-1595-ci il. Saxlanılma yeri: Britaniya Milli Kitabxanası, Nizami Gəncəvi. Xəmsə: Əlyazma, köçürülmə tarixi: h.857 – m.1453-cü il. Saxlanılma yeri: Ayasofya Kitabxanası, Nizami Gəncəvi. Xəmsə: Əlyazma, köçürülmə tarixi: h.828-831 – m.1424-1427-ci il.Saxlanılma yeri: Nurosmaniyyə Kitabxanası, Nizami Gəncəvi. Xəmsə: Əlyazma, köçürülmə tarixi: h.1005 – m.1597-ci i.Saxlanılma yeri: Nurosmaniyyə Kitabxanası, Nizami Gəncəvi. Xəmsə: Əlyazma, köçürülmə tarixi: h.847-849 – m.1443-1446-cı il. Saxlanılma yeri: Prinston Universitet Kitabxanası,Nizami Gəncəvi. Xəmsə: Əlyazma, köçürülmə tarixi: h.902 – m.1496-cı il. Saxlanılma yeri: Tehran Səna Məclis kitabxanası, Nizami Gəncəvi. Xəmsə: Əlyazma, köçürülmə tarixi: h.1057 – m.1648-ci il.Saxlanılma yeri: Saltıkov Şedrin adına Kitabxana, Nizami Gəncəvi. Xəmsə: Əlyazma, köçürülmə tarixi: h. 902 – m. 1504-cü il. Saxlanılma yeri: Oksford Bodlian Kitabxanası, Nizami Gəncəvi. Xəmsə: Əlyazma, köçürülmə tarixi: h.981 m.1573-1574.Saxlanılma yeri: Berlin Dövlət Kitabxanası, Nizami Gəncəvi. Xəmsə: Əlyazma, köçürülmə tarixi: h.X – m.XVI əsr.Saxlanılma yeri: Uolters İncəsənət Muzeyi kitabxanası,Nizami Gəncəvi. Həft peykər: Əlyazma, köçürülmə tarixi: h.905-1007 – m.1500-1599-cu il.Saxlanılma yeri: Pensilvaniya Universitet Kitabxanası, Nizami Gəncəvi. Məxzən əl-Əsrar: Əlyazma, köçürülmə tarixi: h.XII – m. XVIII əsr. Saxlanılma yeri: Patna Xuda Baxşi Kitabxanası, Nizami Gəncəvi. Məxzən əl-Əsrar: Əlyazma, köçürülmə tarixi: h. IX – m. XV əsr.Saxlanılma yeri: Nurosmaniyyə Kitabxanası, Məhəmməd Füzuli. Leyli və Məcnun: Əlyazma, köçürülmə tarixi: h. IX – m. XVI əsr. Saxlanılma yeri: Miçiqan Universitet kitabxanası, Məhəmməd Füzuli. Bəngü-Badə: Əlyazma, köçürülmə tarixi:h.1008–m.1600-cüil. Saxlanılma yeri: Drezden Universitet kitabxanası, Məhəmməd Füzuli. Hədiqətüs-süəda: Əlyazma, köçürülmə tarixi: h. IX – m. XVI-əsr. Saxlanılma yeri: Miçiqan Universitet kitabxanası əlyazmalarının elektron nüsxələrinn hər birindən bir nüsxə Milli Kitabxananın fondu üçün nəşr olunub.

Milli Kitabxanası ölkənin bütün kitabxanaları üçün metodik mərkəz funksiyasını yerinə yetirir və respublikada mövcud olan Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə və kütləvi kitabxanalara mütəmadi olaraq metodik tövsiyələr verir.

2024-cü ildə respublikanın digər bölgələrindəki kitabxana əməkdaşlarına onlayn metodik xidmət işini daha operativ və qrup halında həyata keçirmək məqsədilə yaradılmış “REGİONLARLA İŞ” adlı onlayn qrupuna 236 nəfər kitabxana əməkdaşı üzv olub. Qrupda onları maraqlandıran mövzular ətrafında metodik tövsiyələr verilib. Qrup vasitəsilə 400-dən çox sorğu ətrafında metodik köməklik edilib. Eyni zamanda, MKS-lərə şöbənin elektron ünvanı və kitabxananın saytında aktiv olan “ONLAYN METODİKİ XİDMƏT” bölməsi vasitəsilə 50-dən çox sorğu ətrafında metodik köməklik göstərilib.

2024-cü ildə Milli Kitabxana Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan respublika kitabxanaları və MKS-ə tətbiq edilən Koha AKİS-in tətbiqi istiqamətində əhəmiyyətli işlər görüb.

yanvar tarixlərində Gəncə-Daşkəsən və Qazax-Tovuz regional mədəniyyət idarələrinin Gəncə və Ağstafa mərkəzlərində 4 gün müddətinə baş tutmuş ezamiyyələr zamanı həmin Mərkəzi Kitabxanalara Milli Kitabxana tərəfindən hədiyyə edilən 1 komplekt kompüterin quraşdırılması və kitabxanaların Koha sisteminə qoşulması təmin edilib. Eyni zamanda, hər bir regiona daxil olan digər MKS-lərə də kitabxana işçisi üçün linkin, hər bir rayon üçün istifadəçi adı və şifrələrin, istifadəçi girişi üçün linkin, eyni zamanda hazırlanmış təlimatın verilməsi həyata keçirilib, proqramın quruluşu, modulları, ayrı-ayrı bölmələri, iş funksiyaları ilə MKS əməkdaşları tanış edilib. Koha Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin tətbiqi məqsədilə Azərbaycan Milli Kitabxanasının Treninq Mərkəzində Milli Kitabxananın mütəxəssisləri tərəfindən 11-16 mart tarixlərində C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Gəncə, Lənkəran, Şəki şəhər, Ağcabədi, Ağstafa, Xaçmaz, Ağdaş, Sabirabad, Biləsuvar, Şamaxı, Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən ümumilikdə 18 nəfər, 15-18 may tarixlərində Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Xətai, Xəzər, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən və M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanasından ümumilikdə 14 nəfər, 20-23 may tarixlərində isə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt şəhər, Abşeron və Xızı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri, həmçinin Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən ümumilikdə 8 nəfər olmaqla treninqlər təşkil edilib. Əsasən “İstifadəçilər” modulunda istifadəçilərin fərqli parametrlər və kitabxanalar üzrə axtarışı, yeni istifadəçi qeydiyyatı, istifadəçi məlumatlarının yenilənməsi prosesləri, “Kitab Verilişi” modulunda ədəbiyyatın istifadəçiyə verilməsi, qaytarılması, müddətinin uzadılması, rezervasiya edilməsi, rezervasiyanın ləğv edilməsi prosesləri, “OPAC - İstifadəçi interfeysi”ndə istifadəçinin qeydiyyatı, məlumatlarının yenilənməsi, ədəbiyyatın axtarışı, öncədən sifarişi, siyahıların yaradılması, nüsxənin vəziyyəti haqqında məlumat, nüsxələr haqqında şərh yazılması, qovluğun yaradılması, oxu tarixçəsinin nəzərdən keçirilməsi, axtarış tarixçəsinin saxlanılması prosesləri tədris edilib, təcrübi işlər həyata keçirilib.

Mayın 29-da Azərbaycan Milli Kitabxanası tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalarda KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar onlayn görüş keçirilib. Görüşdə bu sahədə müasir vəziyyətin təhlil edilməsi, tətbiq prosesində meydana çıxan problemlər, keyfiyyətin artırılması yolları və s. istiqamətlərdə müzakirələrin aparılması, aktual sualların cavablandırılması və funksionallığın artırılması məqsədilə lazımi tövsiyələr verilib.

sentyabr tarixlərində Koha AKİS-in tətbiqi ilə əlaqədar onlayn treninqlər təşkil edilib. Beş gün davam edən treninqin ilk günü Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi, Nərimanov, Nəsimi, Nizami, Səbail, Sabunçu, Suraxanı, Xətai, Xəzər, Qaradağ, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri və M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanası, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər, Abşeron və Xızı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri, həmçinin C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası iştirak edib, treninqin ikinci günü F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Ağsu, Qobustan, Şamaxı, İsmayıllı rayon, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Gəncə və Naftalan şəhər, Daşkəsən, Goranboy, Göygöl, Samux rayon və Qarabağ Regional Mədəniyyət İdarəsinin Xankəndi, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər rayon Mərkəzlədirilmiş Kitabxana Sistemlərinin iştirakı ilə keçirilib. 18 sentyabrda Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı rayon, Lənkəran şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin, 19 sentyabrda Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Mingəçevir şəhər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayon, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan, İmişli, Saatlı, Sabirabad rayon, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Şəki şəhər, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala rayon Mərkəzlədirilmiş Kitabxana Sistemləri ilə treninqlər baş tutub. Treninq 20 sentyabrda Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Şirvan, Biləsuvar, Hacıqabul, Neftçala, Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin iştirakı ilə yekunlaşıb. Videotəlimatlar hazırlanıb, KOHA whatsapp qrupu və elektron poçt yaradılıb. Daxil olan sorğular mütəmadi olaraq fasiləsiz şəkildə cavablandırılıb, problemlərin həlli həyata keçirilib.

dekabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki kütləvi kitabxanalarda tətbiq edilən Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi ilə işin təkmilləşdirilməsi məqsədilə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin Tekniki Xidmətlər şöbəsinin müdiri Hülya Dirican, şöbənin əməkdaşları Fərhad Öztürk və İsmail Karaca Milli Kitabxanaya dəvət olunub. 18 dekabr tarixində Milli Kitabxanada Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi ilə işin təkmilləşdirilməsi məqsədilə açılış mərasimi olub, bildirilib ki, Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin region kitabxanalarında tətbiqi artıq iki ildir ki, həyata keçirilir və üstün cəhətləri ilə kitabxanalara əlaqəli şəkildə işləmək imkanı yaradır. Milli Kitabxananın direktoru qeyd edib ki, Türkiyədən dəvət edilən mütəxəssislərlə təcrübi xarakter daşıyacaq təlimdə məqsəd qarşıya çıxan problemlərin birgə həllidir. O, iştirak edən əməkdaşları mütəxəssislərin təcrübələrindən yararlanmağa dəvət edib. Açılış mərasimindən sonra Azərbaycan Milli Kitabxanasının Treninq Mərkəzində keçirilən təlimdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov, Xətai, Səbail, Yasamal, Qaradağ, Binəqədi, Xəzər, Nəsimi, Suraxanı, Nizami, Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri və M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanasından əməkdaşlar iştirak edib.

dekabr tarixində Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi ilə işin təkmilləşdirilməsi məqsədilə təlim Türkiyədən dəvət edilən mütəxəssislərlərin və Milli Kitabxananın iştirakı ilə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Gəncə şəhər, Naftalan, Daşkəsən, Goranboy, Göygöl, Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları üçün Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında keçirilib. 20 dekabr tarixində isə təlim Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları üçün Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında keçirilib. 21 dekabr tarixində mütəxəssislər Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, 23 dekabr tarixində isə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında sistemin iş vəziyyəti ilə tanış olaraq tövsiyələrini veriblər.

Kitabxananın Elmi tədqiqat və metodik təminat şöbəsinin əməkdaşları 12 yanvar tarixində «Румянцевские чтения – 2024» adlı beynəlxalq elmi-praktik konfransa nəşr üçün «Направления организации научно-исследовательской и методической работы в Азербайджанской Национальной Библиотеке» adlı məqalə göndərib, 8 fevral tarixində Rusiya Dövlət Kitabxanasının təşkil etdiyi «Библиотечное дело и библиография в цифровой среде» adlı elmi-praktik seminarda, 23 apreldə «Румянцевские чтения – 2024» adlı beynəlxalq elmi-praktik konfransda, həmçinin 26 sentyabrda Rusiya Milli Kitabxanasının təşkil etdiyi “Milli kitabxana – ölkə kitabxanalarının elmi və metodik mərkəzi” adlı beynəlxalq elmi-praktik dəyirmi masada onlayn iştirak ediblər. Şöbə, eyni zamanda Rusiya Dövlət Kitabxanasının 16 sentyabr-15 noyabr tarixləri arasında onlayn şəkildə təşkil etdiyi “Kitabxana fondlarının mühafizəsinin əsasları” (72 akademik saat) və “Kitabxana fondunun təhlükəsizliyi” (72 akademik saat) adlı ixtisasartırma dərslərində Kitabxana əməkdaşlarının iştirakını təşkil edib.

Respublikası Mədəniyyət Nazirliyindən Milli Kitabxanaya daxil olmuş 19 avqust 2024-cü il tarixli 3-24/2-3027/04-04/2024 saylı məktuba əsasən, 23-24 sentyabr tarixlərində Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qubalı kənd kitabxana filialının fonduna Milli Kitabxananın Elmi tədqiqat və metodik təminat şöbəsinin mütəxəssisləri tərəfindən baxış keçirilib. Güclü yağışın yağması ilə əlaqədar idarənin tabeliyində olan Hacıqabul MKS-in 2998 nüsxə kitab fonduna malik Qubalı kənd kitabxana filialına və onun kitab fonduna dəymiş ziyanla bağlı keçirilən baxışa əsasən müvafiq sənədlər və yararsız hala düşmüş kitabların fotoları ilə birgə akt tərtib edilib, rəy yazılıb.

Hesabat dövründə Milli Kitabxana tərəfindən professor Kərim Tahirovun rəhbərliyi ilə ötən əsrin 90-cı illərində erməni hərbi birləşmələri tərəfindən işğal edilən ərazilərimizdə qalan və vəhşicəsinə dağıdılan mədəniyyət müəssisələri və onlarda olan mədəniyyət sərvətləri (kitabxanalar və kitab fondları, muzeylər və muzey əşyaları, teatrlar və konsert müəssisələri, musiqi və incəsənət məktəbləri, klublar və mədəniyyət evləri, mədəniyyət və istirahət parkları) haqqında məlumatların Dövlət arxivində və Təhsil İnstitutunda saxlanılan materiallar əsasında araşdırılması işi həyata keçirilib. İşin nəticələri Mədəniyyət Nazirliyinə təqdim olunub.

Kitabxana 12 mart tarixində Qazaxıstan Respublikası tərəfindən Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin və Sentyabrın 19-da Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılış mərasimi üçün hazırlıq işlərində fəal iştirak edib. Milli Kitabxananın Ölkədaxili Kitab mübadiləsi fondundan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin mühazirə zalı, şahmat və kulinariya sinifləri, incəsənət və heykəltaraşlıq studiyası, xoreoqrafiya və idman zalı, səsyazma kabineti, musiqi və vokal sinfi, foto-video montaj, veb-dizayn və robototexnika kabinetləri, akt zalı, 3D modelləşdirmə sinfinə 196 nüsxə kitab, İmarət Kompleksinin bərpadan sonra açılış mərasiminə isə 96 nüsxə kitab verilib. Həmçinin Kitabxana 28 dekabr tarixində Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışında iştirak edib və Mərkəzdə kitab və jurnallardan ibarət sərgi tərtib edib.

Cari ildə Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Elmi Şuranın 4 iclası keçirilib. Milli Kitabxananın şöbələrinin fəaliyyəti, Milli Kitabxananın 6 aylıq və illik fəaliyyətinin yekunları barədə hesabatların və Milli Kitabxananın nəşrlərinin hazırlanması, yeni struktur və ştat cədvəlinin qəbul edilməsi ilə əlaqədar işçilərinin yeni vəzifə təlimatlarının hazırlanması məsələləri müzakirə olunub.

2024-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxanada fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən çap məhsullarının ölkədən çıxarılmasına 12 icazə sertifikatı (qaytarılmamaq şərtilə) verilib. Ekspert Komissiyasına çap məhsullarının ekspertizası üçün heç bir müraciət daxil olmayıb. Cari ildə vətəndaşlar tərəfindən Ekspert Komissiyasına mədəni sərvətlərin müvəqqəti ixracı məqsədilə 2 müraciət daxil olub və ekspertiza rəyi verilib.

2024-cü ildə Milli Kitabxananın fonduna müxtəlif mənbələrdən 50 349 nüsxə ədəbiyyat daxil olub. Yeni daxil olan ədəbiyyatın 43 354 nüsxəsi kitab, 6 995 nüsxəsi isə digər sənədlərdir. Daxil olan ədəbiyyatın 21 265 nüsxəsi Azərbaycan,16 296 nüsxəsi rus, 12 788 nüsxəsi isə digər dillərdə olub. Milli Kitabxananın fondu 4 690 311 nüsxədən ibarətdir.

Cari ildə 47 286 biblioqrafik yazı yaradılıb. Bunlardan 9 925 yazı cari ədəbiyyatı, 9 515 yazı retrospektiv ədəbiyyatı, 27 846 yazı isə analitik biblioqrafik resursları əhatə edir. Eyni zamanda kitabxanada 41 274 tammətnli elektron resurs hazırlanıb. Bunlardan 27 846 resurs tammətnli analitik biblioqrafik resurs, 13 428 elektron resurs isə kitab, dissertasiya, avtoreferat və dövri mətbuatı əhatə edir. Hal-hazırda kitabxananın elektron bazasında cəmi 1 682 398 elektron resurs mövcuddur.

Həmçinin, hesabat ili ərzində Milli Kitabxanada 31 adda Elektron məlumat bazası, 61 adda virtual sərgi hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Hesabat ili ərzində kitabxanada ənənəvi oxucu davamiyyəti 193 631 nəfər, ədəbiyyat verilişi isə 1 256 556 nüsxə olub. Eyni zamanda kitabxana üzrə oxucuların ümumi sayı isə 270 373 nəfər olub. Cari ildə Milli Kitabxananın virtual istifadəçilərinin sayı 7 823 804 olub.

İl ərzində Ölkədaxili kitab mübadiləsi fondundan 13 344 nüsxə kitab və jurnal Bakı şəhəri, rayon kitabxanalarına və digər müəssisə və təşkilatlara göndərilib. Milli Kitabxanaya xarici ölkə kitabxanalarından 2 756 nüsxə ədəbiyyat daxil olub, eyni zamanda Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə təqdim etmək üçün 2 975 nüsxə ədəbiyyat dünyanın milli kitabxanalarına, səfirliklərə, universitetlərə göndərilib.