close
icon E-kataloq və kitabxana

HÖRMƏTLİ OXUCULAR !

Bu bölmə sizə məsafədən sifariş (virtual) xidmətini təklif edir. Kitabxananın üzvü olan hər bir oxucu bu bölməyə daxil olmaqla kitabxanaya gəlmədən, iş və ya yaşayış yerindən ayrılmadan İNTERNET vasitəsilə kitab, jurnal və qəzet sifariş verə bilər.Sifarişlər bazar ertəsindən başqa hər gün saat 10:00-dan 19:00-dək qəbul olunur.


Sifariş etmək istədiyiniz ədəbiyyatın şifrəsini kitabxananın elektron kataloquna daxil olmaqla əldə edə bilərsiniz . Şifrəsi məlum olmayan ədəbiyyatı  sifariş etmək istəyirsinizsə kitabın müəllifini və adını bizə yazın. Elektron kataloqdan verilən sifarişlər dərhal icra olunur və oxucuya məlumat verilir. Şifrəsi məlum olmayan ədəbiyyat üzrə sorğular isə 1 saat ərzində cavablandırılır. Elektron kataloqdan istifadə qaydasını buradan  öyrənə bilərsiniz.Nəzərinizə çatdırırıq ki, hər oxucu 5 nüsxədən artıq kitab sifariş verə bilməz və sifarişlər 3 gün müddətinə saxlanılır.  Qəzetlərin sifarişi həmin gün üçün etibarlıdır. Milli Kitabxanadan istifadə  qaydalarına uyğun olaraq ədəbiyyatın kitabxanadan kənara çıxarılması qadağandır.

İstədiyiniz kitab və ya dövri mətbuat materialını seçin və aşağıdakı anketi (blankı) doldurub bizə yollayın: