close
icon E-kataloq və kitabxana

Tədris mərkəzi

5 iyun 2000-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət kitabxanasının nəzdində təşkil olunmuş Tədris Mərkəzi müasir dövrdə kitabxanaçıların fasiləsiz təlim və təhsil sisteminin yüksəlməsində, texniki vərdişlərin aşılanmasında misilsiz rol oynamışdır.

 Tədris Mərkəzində müasir oxucuların tələblərinə cavab verən, kompyüterdə işləməyi bacaran, Microsoft Office proqramlarını, internetdə axtarış, sorğu apara bilən, ingilis dilini orta səviyyədə bilən kitabxanaçı kadrlar hazırlanmışdır. 2002-ci ildə Tədris Mərkəzinin açılışında öz saytını nümayiş etdirən şöbə qısa müddətdə böyük işlər gördüyünü sübut etmişdir.

Tədris Mərkəzində Bakı şəhəri ilə yanaşı respublikanın bütün şəhər və kənd kitabxanalarının müdavimləri də iştirak etmişdir. Sonra kompleks dərslər: «Müasir kitabxanalar və onların vəzifələri» adlı 2 həftəlik kurslar və ABŞ səfirliyi nəzdində IRTCL-in direktorları Pol Miller və Sevelina Kolarova tərəfindən beynəlxalq MARC-21 formatı ilə işləməyi bacaran kadrlar hazırlayan kurslar təşkil olunmuşdur.

 2014-cü ildən Azərbaycan Milli Kitabxanasında ALISA – (Vahid Kitabxana İdarəetmə Sistemi) proqramının tətbiqi ilə bağlı şəhər və rayon kitabxanalarının əməkdaşlarına mütəmadi olaraq 10 günlük treninqlər təşkil olunmuşdur.

2015-ci ildə Milli Kitabxananın Tədris Mərkəzində keçirilən “Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində “ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” tədrisi başa çatdırılmışdır.   

2017-ci ildən Mədəniyyət işçilərinin Respublika Hazırlıq və İxtisasartırma kursu tərəfindən göndərilən rayon və kənd kitabxanalarının müdavimlərinə Mərkəzdə “ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” proqramı tədris olunmuşdur.