close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın şöbə müdiri Aygün Hacıyeva avqust ayının 27-dən 30-dək Rusiya Federasiyasının Həştərxan Vilayətində ezamiyyədə olmuşdur

31-08-2015

Milli Kitabxananın şöbə müdiri Aygün Hacıyeva avqust ayının 27-dən 30-dək Rusiya Federasiyasının Həştərxan Vilayətində ezamiyyədə olmuşdur. O, Həştərxan Vilayətinın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə B.Şaxovski adına Gənclər Kitabxanası tərəfindən təşkil edilən gənc peşəkarların Xəzəryanı Assambleyasında iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Həştərxan Vilayəti  Mədəniyyət və Turizm Naziri Qalina Zoteyeva açaraq, Assambleyanın işinə uğurlar arzulamışdır.

Sonra Azərbaycan Milli Kitabxanası, Rusiya Dövlət Kitabxanası, Rusiya Dövlət Gənclər Kitabxanası, Qazaxıstan Milli Kitabxanası, Qazaxıstan Gənclər Kitabxanasınından tədbirə qoşulan mütəxəssislərin iştirakı ilə plenar iclas olmuşdur. İclası “Современная Библиотека” jurnalının baş redaktoru Lyubov Kazaçenkova idarə etmişdir. İclasda əsasən kitabxana işinin yeni formaları, innovativ proqram və layihələrin tətbiqi müzakirə mövzusu olmuşdur.  Aygün Hacıyeva “Azərbaycan Milli Kitabxanasının ənənəvi və elektron fondu: komplektləşdirilməsi və istifadəsi” adlı məruzə ilə çıxış etmişdir.

Tədbir çərçivəsində “Kitabxana jurnalistikası” mövzusunda master-klass keçirilmiş, vilayət kitabxanaları əməkdaşlarının mükafatlandırma mərasimi olmuşdur. A.S.Puşkin parkında təşkil edilmiş  “Oxumaq vaxtı gəlmişdir” adlı aksiya ilə Assambleya öz işinə yekun vurmuşdur. Həştərxan Vilayətinin qubernatorunun da iştirak etdiyi aksiyada müxtəlif kitabxanaların kitab sərgiləri nümayiş edilmişdir.