01 avqust 2016-cı il tarixində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür” mövzusunda tədbir keçirildi. Tədbiri Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açaraq Azərbaycan əlifbasının və Azərbaycan dilinin tarixindən bəhs etdi, dilimizin zənginliyindən söhbət açdı.Tədbirdə Milli Kitabxananın şöbə müdiri Mehriban Cəfərova mövzu ətrafında öz fikirlərini bildirdi. Sonda isə tədbir iştirakçıları Milli Kitabxanada açılmış “1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür” adlı sərgi ilə tanış oldular.