close
icon E-kataloq və kitabxana

Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Milli Kitabxanada 10 günlük treninqlər təşkil olunur

24-08-2015

Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Milli Kitabxanada 10 günlük  treninqlər  təşkil olunur.

Avqust ayının 24-də beşinci treninq işə başlamışdır. Xızı, Şabran, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Balakən, Lənkəran, Nərimanov, Səbail və Xətai Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri bu treninqdə həm MARC 21 formatını  öyrənəcək, həm də ALİSA-da iş vərdişlərini mənimsəyəcəklər.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış mərasimində treninqin milli kitabxananın  və  Ultra şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını bildirmişdir. O, iştirakçıları 10 gün müddətində treninqdən maksimum bəhrələnməyə çağırmış, qarşıya çıxan problemləri dərhal həll etməyi tövsiyə etmişdir.

Sonuncu gün müdavimlər Milli Kitabxanada gedən  iş  prosesləri ilə yaxından tanış olacaq, kitabxanada olan yeni iş üsulları, yeni xidmət növlərini əyani izləyəcəklər. Treninqin sonunda müdavimlər sertifikatla təmin olunacaqlar.