07-07-2015
Latviya Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Ieva Majore iyul ayının 7-də Milli Kitabxanada olmuşdur. Qonağı Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov qəbul etmişdir.
Xanım I.Majore Latviya Milli Kitabxanası, onun köhnə və yeni binasından, tutduğu məkandan, quruluşundan, kitabxanada aparılan yeni iş proseslərindən danışmışdır. K.Tahirov Latviya Milli Kitabxanasının yeni binasını görməsə də 2007-ci ildə Riqada olarkən Milli Kitabxananın layihəsi ilə tanış olduğunu bildirmişdir. O söhbət zamanı iki ölkənin milli kitabxanaları arasında sıx əlaqələrdən, kitab mübadiləsindən danışmışdır. Xanım I.Majore Azərbaycan Milli Kitabxanasında proseslərin avtomatlaşdırılması, sənədlərin rəqəmsallaşdırması və kütləvi tədbirlərlə maraqlanmışdır.
Latviyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Latviyanın tarixindən, ədəbiyyatından, mədəniyyətindən bəhs edən latış, rus və ingilis dillərində olan kitabları və Latış kinolarından ibarət DVD diskləri Azərbaycan Milli Kitabxanasına hədiyyə etmişdir. K.Tahirov Azərbaycan Milli Kitabxanası. Fotoalbom Azərbaycanın xəritəsi, Azərbaycan mətbəxi və Azərbaycan ədəbiyyatı (ingilis dillərində) kitablarını qonağa təqdim etmişdir.