19-12-2024
19 dekabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kütləvi kitabxanalarda Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemində işin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Milli Kitabxanası tərəfindən dəvət olunan Türkiyəli mütəxəssislər - Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin Texniki Xidmətlər şöbəsinin müdiri Hülya Dirican, şöbənin əməkdaşları Fərhad Öztürk və İsmail Karaca Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Gəncə şəhər, Naftalan, Daşkəsən, Goranboy, Göygöl, Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları üçün Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında təlim keçiblər.
Təlimdə sistemin modulları üzrə əsas əməliyyatlar izah olunub, iş prosesində yaranan problemlər aydınlaşdırılıb, suallar cavablandırılıb və tövsiyələr verilib.