close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanası Özbəkistan Milli Kitabxanasının təşkilatçılığı ilə Cizzəx şəhərində keçirilən “Mərkəzi Asiya – 2024: Elm, təhsil, mədəniyyət və biznesdə internet və informasiya resursları” XVII Beynəlxalq Konfransında onlayn iştirak edib

17-05-2024

Azərbaycan Milli Kitabxanası Özbəkistan Milli Kitabxanasının təşkilatçılığı ilə  Cizzəx şəhərində keçirilən  “Mərkəzi Asiya – 2024: Elm, təhsil, mədəniyyət və biznesdə internet və informasiya resursları” XVII Beynəlxalq Konfransında onlayn iştirak edib.

Konfransın keçirilməsində məqsəd elm, təhsil, mədəniyyət və biznes sahələrində elektron informasiya resurslarının inkişafı sahəsində səmərəli əməkdaşlıq üçün kitabxanaların, təhsil və elmi təşkilatların fəaliyyətini artırmaqdır.

Beynəlxalq konfransda Azərbaycan Milli Kitabxanasının Biblioqrafik və elektron informasiya xidməti şöbəsinin bölmə müdiri Qurbanova Pərvanə “Azərbaycan Milli Kitabxanasında Kitabxana informasiya xidməti”  mövzusunda onlayn məruzə ilə çıxış edib. O, çıxışında Azərbaycan Milli Kitabxanasında virtual və innofativ xidmət növləri, informasiya bazaları, beynəlxalq əlaqələr və digər xidmət növləri haqqında konfrans iştirakçılarını məlumatlandırıb.

icon

Foto qalereya