close
icon E-kataloq və kitabxana

Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Milli Kitabxanalarının Konfransı (CENL) beynəlxalq təşkilatının 30-cu illik ümumi görüşü keçirilmişdir

31-05-2016

May ayının 30-31-də Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Milli Kitabxanalarının Konfransı (CENL) beynəlxalq təşkilatının 30-cu illik ümumi görüşü keçirilmişdir.

Avstriya Milli Kitabxanasında keçirilən 30-cu görüşdə 40-a yaxın Avropa ölkəsinin Milli Kitabxana direktorları iştirak edir. Avropa Milli Kitabxanalarının Konfransının (CENL) 2013-cü ildə Bakıda keçirilən görüşündə 41 ölkənin, 2014-cü ildə Moskvada keçirilən görüşündə 22 ölkənin,  2015-ci ildə Berndə keçirilən görüşündə 36 ölkənin  nümayəndəsi iştirak edirdi. Ölkəmizi cari ildə keçirilən bu mötəbər tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov və Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsinin işçisi Xanpəri Cəfərova təmsil edir.

May ayının 30-da görüşü Avstriya Milli Kitabxanasının direktoru xanım Johanna Rachinger açıq elan etmiş, görüşün Avstriya Milli Kitabxanasında keçirilməsindən məmnunluq duyduğunu bildirmişdir.

Tədbir iştirakçılarını Avstriya federal kanslerliyinin Mədəniyyət və İncəsənət şöbəsinin direktoru Andrea Ecker salamladı.

CENL-in prezidenti Roly Keating görüşü  öz çıxışı ilə davam etdirmişdir. Sonra tədbirin gündəliyi qəbul olunmuşdur,  Berndə  keçirilən 29-cu illik görüşün əsas məsələləri qeyd olunmuş,  meydana çıxan məsələlər müzakirə olunmuş, CENL-in 2015-ci ilin iyun ayından 2016-cı ilin  may ayınadək olan dövr üçün illik hesabat dinlənilmiş, CENL katibliyinin Fransa Milli Kitabxanasından Britaniya kitabxanasına köçürüldüyünü bir daha bildirmişdir.

Task and Finish qrupundan Caroline Brazierin müzakirə üçün təqdim etdiyi prezentasiya nümayiş olunmuşdur. Gün ərzində xəzinədarın hesabatı: CENL xəzinədarı Caroline Brazier tərəfindən 2015-ci ilin maliyyə hesabatı, 2016-cı ilin büdcəsi və 2017-ci il üçün təklif edilən büdcə və fəaliyyət planı, səsvermə əsasında yenidən işlənmiş CENL və TEL üzvlük haqqı modeli, 12 aydan sonra üzvlük haqqı ödəməyən üzvlərlə bağlı nizamnamədə dəyişiklik, İcraedici Komitəyə yeni üzvlərin seçilməsi haqqında təkliflər müzakirə olunmuşdur. Fasilədən sonra səsvermənin nəticələri elan olunmuş, məsələlr lehinə olaraq qəbul edilmşdir.

Nahardan sonra görüş öz işini sessiyalarda davam etdirmiş,  Milli, kütləvi və digər  kitabxanaların rolu müzakirə olunmuşdur.

Aslak Sira Myhre Norveç Milli Kitabxanasının cari strategiyaları, məqsədləri barədə məruzə ilə çıxış etmişdir.

İclas öz işini may ayının 31-də davam etdirir.