close
icon E-kataloq və kitabxana

ALİSA proqramının tətbiqi ilə bağlı Milli Kitabxanada 10 günlük treninqlər təşkil olunur

10-08-2015

Regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən Milli Kitabxanada 10 günlük  treninqlər  təşkil olunur. Avqust ayının 10-da açılışı olan  treninq sayca dördüncüdür. Qax, İmişli, Zərdab, Ağcadəbi, Bərdə və Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri bu treninqdə həm ALİSA proqramında işləmək üçün MARC 21 formatını  öyrənəcək, həm də ALİSA-da iş vərdişlərini mənimsəyəcəklər.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış mərasimində treninqin milli kitabxananın  və  Ultra şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını bildirmiş, iştirakçıları fəal olmağa dəvət etmiş, mövcüd problemləri dərhal bildirməyi xahiş etmişdir. O, öz çıxışında qeyd etmişdir ki, treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən  iş  prosesləri ilə yaxından tanış olacaq, yeni iş üsulları, yeni xidmət növlərini əyani izləyəcəklər. Treninqin sonunda müdavimlər sertifikatla təmin olunacaqlar.