close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən "Açıq kitabxana" – sərbəst mütaliə bölməsində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

17-01-2025

Yanvarın 17-də Milli Kitabxananın nəzdində fəaliyyət göstərən "Açıq kitabxana" – sərbəst mütaliə bölməsində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə K. Kərimov adına 8 saylı tam orta məktəbin 6a sinif şagirdləri iştirak ediblər. Öncə 20 Yanvar faciəsi qurbanlarının  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Açıq kitabxana" – sərbəst mütaliə bölməsinin müdiri Lalə Salahova Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən artıq 35 il ötdüyünü, həmin gün Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzminin heç bir qüvvə tərəfindən qıra bilinməyəcəyini nümayiş etdirdiyini bildirib.

Tədbirin davamında məktəbin məktəbdən kənar, sinifdənxaric işlər üzrə təşkilatçısı Safura İbrahimli faciə haqqında  xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O qeyd edib ki,  20 Yanvar Azərbaycan xalqının tarixində təkcə hüznlə xatırlanacaq gün deyil, həm də millətimizin qəhrəmanlığını nümayiş etdirməyi bacardığı gündür. Daha sonra məktəblilər  20 Yanvar hadisəsindən bəhs edən  kitablar və fotoşəkillərlə  tanış olub, sinfin  şagirdi Jasmin Allahverdiyeva şeir səsləndirib.

Sonda xatirə şəkilləri çəkilib.

icon

Foto qalereya