close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada 20 Yanvar hadisəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

17-01-2025

Yanvarın 17-də Azərbaycan Milli Kitabxanasında 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. İlk öncə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində çıxış edən Azərbaycan Milli Kitabxanasının  direktoru professor  Kərim Tahirov 20 Yanvar gününün həm hüzn, həm də qürur günü olduğunu qeyd edib. 20 yanvar şəhidlərinin qanının yerdə qalmadığını, 44 günlük Vətən müharibəsində qazanılan zəfərin özülünün məhz 20 yanvarda qoyulduğunu,  20 yanvar hadisələrinin azadlıq uğrunda mübarizəyə ruhlandıran oyanış olduğunu söyləyib.  Bildirib ki, Azərbaycanın mərd oğulları ilk dəfə həmin tarixdə sovet rejminə, ordusuna qarşı əliyalın çıxaraq bütün dünyaya sübüt etdi ki, torpaq, xalq və azadlıq uğrunda biz canımızı fəda etməyə hazırıq. 44 günlük vətən müharibəsində isə onların övladları bu nümunədən ruhlanaraq, iham alaraq torpaqlarımızı azad ediblər. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müdrik rəhbərliyi ilə  Azərbaycan xalqı öz istəyinə nail oldu. Yüz illərdən bəri arzusunda olduğu ərazi bütövlüyünü bərpa edərək bütöv Azərbaycan yaradıldı.

20 yanvar hadisələrinin həqiqətlərinin, realıqlarının kitablarda yaşadığını söyləyən professor Kərim Tahirov Milli Kitabxananın və kitabxanaçıların əsas vəzifəsinin bu tarixi materialları toplamaq, saxlamaq və gələcək nəsillərə çatdırmaq, belə tarixi günlərin unudulmaması üçün bu haqda yazılan kitabların ənənəvi və virtual kitab sərgiləri, eləcə də elektron məlumat bazası ilə dünyaya təbliğ etməkdən ibarət olduğunu bildirib.

Tədbirin davamında  Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “20 Yanvar – Qan yaddaşımız” adlı elektron məlumat bazası təqdim olunub.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/20_yanvar/index.html linkindən istifadə edə bilərlər.

Sonda iştirakçılar “20 Yanvar – Ümumxalq hüzn və milli qürur günüdür” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar. Sərgidə 20 Yanvar hadisələrini əks etdirən Azərbaycan və müxtəlif dillərdə kitablar və fotolar nümayiş olunur.

icon

Foto qalereya