close
icon E-kataloq və kitabxana

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdləri Azərbaycan Milli Kitabxanasında

22-05-2019

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin İngilis bölməsinin VII və VIII sinif şagirdləri Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşlar. Şagirdlər Milli Kitabxananın binası ilə tanış olmuş, elektron kataloq və elektron kitabxanadan istifadə qaydaları haqqında məlumat almış, iş prosesini izləmişlər.
Kitabxananın sərgi zalında yer almış “İmadəddin Nəsimi-650”, “Yaddan çıxmaz Qarabağ” və “Hikmət Ziya - 90” sərgiləri ilə tanış olmuşlar.
Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan unikal və miniatür kitablarla tanışlıq onlarda böyük maraq hissi oyatmışdır. Kitabxananın Not nəşrləri və səsyazmaları söbəsi ilə tanışlıqdan böyük həzz almış, Azərbaycanın böyük bəstəkarları Üzeyir Hacıbəyovun "Koroğlu" operasının uvertürası və Qara Qarayevin “Leyli və Məcnun” baletindən bir parca dinləmişlər.
Sonda şagirdlər Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxana ilə tanış olmuşlar.
Uşaqlara rəhbərlik edən təşkilatçı Hüseynova Fidan xanım, sinif rəhbərləri Məmmədova Münəvvər və Əliyeva Yuliya xanım şagirdlərin Milli Kitabxanadan unudulmaz xoş hisslərlə ayrıldıqlarını xüsusi vurğulamışdır.

icon

Foto qalereya