15-02-2021
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Karantin tədbirləri çərçivəsində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş tədbirlər planına əsasən Milli Kitabxana “Xocalı soyqırımı 29” adlı metodik vəsait hazırlamışdır.
Vəsaitdə Xocalı soyqırımı ilə bağlı məlumat, faciənin 29-cu ildönümü ərəfəsində kitabxanalarda keçiriləcək kütləvi tədbirlər haqqında tövsiyələr verilmişdir. Əlavələr bölməsində “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Xocalı soyqırımı haqqında dünya mətbuatında dərc olunmuş bir neçə məlumat öz əksini tapmışdır.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırım siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan Xocalı soyqırımından 29 il ötür. Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırım siyasətinin daha bir dəhşətli nümunəsidir.
Metodik vəsaitlə tanış olmaq istəyənlər http://anl.az/down/Xocali_29.pdf linkindən istifadə edə bilərlər.