21 yanvar 2015-ci il tarixində Xankəndi orta məktəbinin şagirdləri Azərbaycan Milli Kitabxanasında olmuş, kitabxananın işi ilə yaxından tanış olmuşlar. Şagirdlər xüsusilə elektron kataloqa, elektron kitabxanaya və kitabxanada təşkil olunan sərgilərə böyük maraq göstərmişlər.