close
icon E-kataloq və kitabxana

Xaçmaz rayonunda Tarix diyarşünaslıq muzeyinin iclas zalında 6 rayon üzrə - Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı kitabxana mütəxəssislərinin zona müşavirəsi

10-04-2015

Aprel ayının 10-da Xaçmaz rayonunda Tarix diyarşünaslıq muzeyinin iclas zalında 6 rayon üzrə - Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı kitabxana mütəxəssislərinin zona müşavirəsi keçirildi. Müşavirəni Mədəniyyət və Turizm Nazirinin birinci müavini cənab Vaqif Əliyev giriş sözü ilə açdı və müşavirənin işinə uğurlar arzuladı.
Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova slaydların müşayiətilə çıxış etdi. O öz çıxışında 6 rayonunun bütün istiqamətlər üzrə göstəricilərini təhlil etdi.

Milli Kitabxananın direktoru prof. Kərim Tahirov region kitabxanaları üçün nəzərdə tututlmuş avtomatlaşdırılmış sistemdən danışdı. O Milli Kitabxananın elektron bazasının bütün MKS-lər üçün açıq olduğundan, regionların elektron resurs sorğularının tam və dolğun ödəmək imkanını önə çəksə də bu xidmətlərdən yalnız bir neçə rayon MKS-nin yararlandığını qeyd etdi.
Giriş sözündən sonra Ultra şirkətinin əməkdaşları tərəfindən ALİSA sistemi təqdim olundu.
Sonra söz çıxışlara verildi. Qusar rayon MKS-nin direktoru Zahir Mustafayev “Əhalinin mütaliə marağının artırılması kitabxanaların fəaliyyətinin prioritet istiqamətlərindən biridir”, Xaçmaz rayon Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsinin müdiri, Xaçmaz Amerika Mərkəzinin koordinatoru  Sevda İsmayılova “Amerika guşəsində istifadəçilərə yeni xidmətlərin göstərilməsi”, Xızı rayon MKS-nin direktoru v.i.e Aişə Əliyeva “Fondların komplektləşdirilməsi günün ən vacib məsələsidir”, Şabran rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin müdiri Arzu İsayeva “Azyaşlı uşaqlar “danışan kitablar”la necə işləyir”, Quba rayon Mərkəzi Kitabxanasının Kitabxana- biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Gülnisə Abasova “Müasir dövrdə elektron resurslarla iş”, Siyəzən rayon Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsinin müdiri Kifayət İsmayılova “Kitabxana filialları - informasiya mərkəzi kimi” mövzuları ilə çıxış etdilər.
Sonra “Dünya kitabxanaları” slaydının təqdim olundu. Tədbir zona müşavirəsinə tövsiyyə və məsləhətlərin verilməsi ilə başa çatdı.
Müşavirədən sonra Mədəniyyət və Turizm Nazirinin birinci müavini cənab Vaqif Əliyev Mərkəzi kitabxanada quraşdırılmış ALİSA sisteminin işi ilə yaxından tanış oldu.