close
icon E-kataloq və kitabxana

Türkiyə Milli Kitabxanasının dairə başkanı Ender Güngör Azərbaycan Milli Kitabxanasında olub

01-05-2024

Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Türkiyə Milli Kitabxanasının dairə başkanı Ender Güngör Azərbaycan Milli Kitabxanasında olub.

Qonağı Azərbaycan Milli Kitabxanasının Elmi işlər və Kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova qəbul edib.

Qonağı salamlayan direktor müavini Türkiyə Milli Kitabxanası ilə qarşılıqlı əlaqələrdən söz açıb. Bildirilib ki, iki qardaş ölkənin Milli Kitabxanaları arasında əlaqələrin genişlənməsi böyük əhəmiyyət kəsb edir.

Söhbət zamanı qarşılıqlı layihələrin, təcrübə mübadiləsinin həyata keçirilməsi təklifləri irəli sürülüb.

Qonaq Azərbaycan Milli Kitabxanası ilə tanış olub.

icon

Foto qalereya