10-10-2024
10 oktyabr tarixində Azərbaycan Milli Kitabxanasının əməkdaşları ilə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Genel Müdirliyinin Texniki Xidmət şöbəsinin mütəxəssisləri arasında təcrübə mübadiləsi məqsədilə onlayn görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalarda tətbiq edilən Koha sistemi ilə bağlı müzakirələr edilib, sistemin ayrı-ayrı bölmələri, mövcud proseslər, yeni funksiyaların əlavə edilməsi imkanları haqqında ətraflı söhbət aparılıb.