close
icon E-kataloq və kitabxana

Tacikistan Milli Kitabxanasında İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana direktorlarının 4-cü iclası öz işinə başlamışdır.

27-11-2017

Noyabr ayının 27-də Tacikistan Milli Kitabxanasında İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana direktorlarının 4-cü iclası öz işinə başlamışdır. Tədbirlər çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Tacikistan Milli Kitabxanası arasında əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanacaqdır.
İƏT Mədəniyyət İnstitunun və Tacikistan Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizi Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov və elmi katib Əminə Cəfərova təmsil edir. Tədbirdə İran, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Pakistan, Türkmənistan Miĺli Kitabxanalarının direktorları və ya nümayəndələri iştirak edir.

Tədbiri Tacikistan Dövlətinin Mədəniyyət Naziri açaraq yığıncağın işinə uğurlar arzulamışdır. Tədbirə ev sahibliyi edən Tacikistan Milli Kitabxanasının direktoru Abdusalom Miralizoda, daha sonra İran Milli Kitabxana və Arxivinin direktoru, İƏT-ə üzv ölkələrin Milli kitabxanaları təşlilatının rəisi Əşraf Broujerdi çıxış etmişdir. İƏT Mədəniyyət İnstitutunun Baş katıbı Muxammed Mazoxiri öz çıxışında İnstitutun fəaliyyəti barədə məlumat vermişdir. Daha sonra təşkilatın əsasnaməsinə uyğun olaraq tədbirə ev sahibliyi edən Tacikistan Milli Kitabxanasının direktoru A. Miralizoda iclasın sədri seçilmişdir.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək təşkilatın yaranma tarixindən, qarşıda duran vəzifələrdən, daha əvvəlki yığıncaqlarda işlənən layihələrdən, milli kitabxanalar arasında mədəni irsin təbliğindən, tədqiqindən, təcrübə və mədəni irsin mübadiləsinin vacibliyindən, təşkilatın hüququ qeydiyyata alınmasının zəruriliyindən danışaraq növbəti illərdə qarşılıqlı anlaşma şəraitində işləməyə ümid etdiyini söyləyərək tədbirin keçirilməsinə görə Tacikistan Milli Kitabxanasına təşəkkürünü bildirmişdir. Nahardan sonra ötən iclasın hesabatı və növbəti proqram müzakirə olunmuşdur.
İƏT üzv ölkələrin milli kitabxana direktorlarının 4 cü yığıncağı davam edir.