close
icon E-kataloq və kitabxana

Suraxanı rayonu D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin şagirdləri Azərbaycan Milli Kitabxanasında

12-02-2020

12. 02. 2020-ci il  Suraxanı rayonu D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin VII-VIII sinif şagirdləri Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşlar. Şagirdlər Milli Kitabxananın binası ilə tanış olmuş, elektron kataloq və elektron kitabxanadan istifadə qaydaları haqqında məlumat almış, iş prosesini izləmişlər.

Kitabxananın sərgi zalında yer almış “Əziz Mirəhmədov – 100 ”, “Unudulmaz bəstəkar Qara Qarayev”, “Yaddan çıxmaz Qarabağ” və digər sərgilərlə tanış olmuşlar.

Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan unikal və miniatür kitablarla tanışlıq onlarda böyük maraq hissi oyatmışdır. Müzeydə qorunan “Əkinçi” qəzeti, “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi xüsusi olaraq onların diqqətini cəkmişdir.

Uşaqları maraqlandıran suallar Milli Kitabxananın əməkdaşları tərəfindən cavablandırılmışdır.

Kitabxananın Not nəşrləri və səsyazmaları söbəsi ilə tanışlıqdan böyük həzz almış, Azərbaycan xalq mahnılarına qulaq asmış, Qara Qarayevin “Yeddi gözəl” baletindən parcalar dinləmişlər. Şagirdlərdən biri pianoda  “Bizim Cəbiş müəllim” filmindən, bəstəkar Emin Sabitoğlunun “Vals” əsərindən bir parca musiqi ifa etmişdir.

Şagirdlər  Milli Kitabxananın nəzdində fəaliyyət göstərən  həftənin bütün günləri fasiləsiz 24 saat ərzində gənclərin və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradan “Açıq Kitabxana” ilə tanış olmuşlar. Uşaqlara Açıq Kitabxanada “Mən oxudum, sən də oxu” kitabı kitaba dəyişmə guşəsi,   “Dövri mətbuat” və “Uşaq guşəsi” haqqında məlumat verilmişdir.

Burada uşaqlar Açıq Kitabxananın fondunda olan kitablara nəzər salmış, məktəbin kitabxana müdiri Aytən xanım Məmmədovanın şair Əli Tudənin “Seçilmiş əsərləri”ndən mütaliəsini dinləmişlər.

Uşaqlara rəhbərlik edən müəllimə Günel Ömərova şagirdlərin Milli Kitabxanadan unudulmaz xoş hisslərlə ayrıldıqlarını xüsusi vurğulamış, gələcəkdə tələbə olaraq kitabxananın oxucusu olmalarını arzulamışdır.

icon

Foto qalereya