close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasında “Beynəlxalq Sülh günü” adlı virtual sərgi istifadəçilərə təqdim olundu

21-09-2023

         BMT-nin Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə hər il sentyabrın 21-i Beynəlxalq Sülh Günü kimi qeyd edilir. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs vermişdir. 1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində “Pease one day” i yaratmışdır.

        Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Beynəlxalq Sülh Günü müharibə, təbii fəlakətlərin nəticələri, aclıqdan və ayrı-ayrı dövlətlərin iddialarından meydana gələn regional qarşıdurmalardan əziyyət çəkən milyardlarla insanın ağrılarını duymaq üçün fürsətə çevrilib. 2007-ci ilin həmin günündə BMT-nin Baş katibi Pan Gi Mun “Sülh zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmaqla bir dəqiqəlik sükuta çağırmışdır.

        21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür.

       Beynəlxalq Sülh Günü ilə əlaqədar olaraq Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Beynəlxalq Sülh Günü” adlı virtual sərgi hazırlanıb.

       Virtual sərgidə mövzu ilə əlaqədar fotolar, məqalələr və kitablar nümayiş olunur.

       Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_sulh_gunu/index.htm  linkindən istifadə edə bilər.