Yanvar ayının 27-də Şuşa rayon 6 saylı və 8 saylı tam orta məktəblərinin şagirdləri Azərbaycan Milli Kitabxanasında olmuş, kitabxananın işi, şöbələri ilə tanış olmuşlar. Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova şagirdlərin suallarını cavablandırmışdır. Orta məktəb şagirdləri kitabxanada sərgilərə və kitabxananın muzeyinə daha çox maraq göstərmişlər.