close
icon E-kataloq və kitabxana

Sahibə Budaqovanın “Naxçıvan diyarının siyasi tarixi” adlı kitabının təqdimat mərasimi

14-10-2014

Azərbaycan Milli kitabxanası Mədəniyyət və Turizm Nazirliyi və AMEA-nın A. A. Bakıxanov adına Tarix İnstitutu ilə birgə oktyabr ayının 14-də Sahibə Budaqovanın “Naxçıvan diyarının siyasi tarixi” adlı kitabının təqdimat mərasimini keçirmişdir.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq qonaqları salamlamış və sözü əsas çıxışçı AMEA-nın müxbir üzvü Nərgiz Axundovaya vermişdir. O, Sahibə Budaqovanın yaradıcılığından geniş söhbət açmışdır.

Daha sonra tarix elmləri doktoru, professor İradə Bağırova, tarix elmləri doktoru, profesor Şahin Fərzəli, Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, professor Camal Mustafayev çıxış edərək Azərbaycan xalqının tarixində özünəməxsus mövqeyi olan Naxçıvandan, Naxçıvan xanlığının ərazisinin dəyişməsinə təsir edən siyasi hadisələrdən, xanlığın təşəkkül tarixindən, əhalisi, kənd təsərrüfatı və s. məsələlərdən geniş bəhs etdilər.

Tədbirin sonunda müəllif, tarix elmıəri üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutunun elmi işçisi Sahibə Budaqova çıxış edərək tədbir iştirakçılarına və kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirmişdir.