close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Respublika Dövlət Elmi Tibb Kitabxanası – 85” adlı kitab sərgisi açılıb

06-03-2025

Milli Kitabxanada Respublika Dövlət Elmi Tibb Kitabxanasının fəaliyyətə başlamasının 85-ci il dönümü ilə əlaqədar  “Respublika Dövlət Elmi Tibb Kitabxanası – 85”  adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə kitabxana işi haqqında rəsmi sənədlər, Azərbaycanda kitabxana işinin tarixi,  Azərbaycan Dövlət Respublika Elmi Tibb Kitabxanasının fəaliyyəti, nəşrləri,  Azərbaycan Respublikasında tibb elminə və səhiyyə müəssisələrinə kitabxana-informasiya xidmətinin təşkili haqqında kitablar, müstəqillik illərində Respublika Tibb Kitabxanasının fəaliyyəti və informasiyalaşma problemləri, vəzifələri, oxucularla işin spesifik xüsusiyyətləri  və s. mövzularda elmi məqalələr nümayiş olunur.

Qeyd edək ki, Respublika Dövlət Elmi Tibb Kitabxanası tipoloji baxımdan xüsusi elmi kitabxanadır. Kitabxana Azərbaycan SSR Xalq Komissarları Soveti tərəfindən 29 yanvar 1939-cu ildə  yaradılıb. 9 mart 1940-cı ildə isə fəaliyyətə başlayıb.

Kitabxana səhiyyə orqanlarını, elmi-tədqiqat və müalicə-profilaktika müəssisələrini eləcə də xalqın sağlamlıq problemləri ilə məşğul olan alim və mütəxəssisləri kitabxana-biblioqrafiya və informasiya xidməti ilə təmin edir.

Sərgi bir həftə davam edəcək.

icon

Foto qalereya