07-09-2015
Regionlarda və Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kitabxanalarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Milli Kitabxanada 10 günlük treninqlər təşkil olunur.
Sentyabr ayının 07- də növbəti treninq işə başlamışdır. Ucar, Oğuz, Daşkəsən, Xaçmaz, Zaqatala, Tovuz, Qusar, Astara rayon MKS-ləri və C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının mütəxəssisləri bu treninqdə ALİSA-da işləmək vərdişlərilə yanaşı MARC 21 formatını öyrənəcəklər.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış mərasimində treninqin milli kitabxananın və Ultra şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını bildirmiş, treninqin işinə uğurlar arzulamışdır.