close
icon E-kataloq və kitabxana

READ JAPAN PROJECT Yaponiyanın məşhur Nippon Fondu tərəfindən Milli Kitabxananın fonduna Yaponiya haqqında kitablar hədiyyə edilib

15-04-2024

READ JAPAN PROJECT Yaponiyanın məşhur Nippon Fondu tərəfindən 2008-ci ildən bəri həyata keçirilən kitabların bəxş olunması layihəsidir. Layihənin yaradılmasında əsas məqsəd müxtəlif dünya ölkələrində olan universitet və ya kitabxanalara Yaponiya haqqında ingilis dilində müxtəlif mövzularda kitabların bəxş olunması və bununla Yaponiya haqqında tanıtım və məlumatlandırılmanın genişləndirilməsidir. Bu layihə çərçivəsində indiyədək dünyadan 1200-dən çox təhsil və elmi müəssisəyə kitablar bəxş olunmuşdur. Burada məqsəd sadəcə Yaponiya ilə bağlı tədqiqat edən alim və tədqiqatçılara dəstək deyil, mütəxəssis olmayan sadə insanların da Yaponiya haqqında bilik və anlayışlarının artırılmasına kömək etməkdir. Artıq bir neçə ildir Azərbaycanda bir sıra təhsil ocaqlarına tədbiq olunan bu layihədən bu dəfə ilk dəfə olaraq Azərbaycan Milli Kitabxanası da yararlanmış, müraciət əsasında Yaponiya haqqında maraqlı kitablarla təmin olunmuşdur.

Düşünürük ki, Yaponiya haqqında müxtəlif mövzularda olan bu kitablar Milli Kitabxananın fondunda öz layiqli yerini tutacaq və istifadəçilərin Yaponiya haqqında məlumatlanmasında dəyərli mənbəyə çevriləcəkdir.

Kitablar Yaponiyanın siyasi və beynəlxalq əlaqələri, iqtisadiyyat və biznes, cəmiyyət və mədəniyyət, ədəbiyyat və incəsənət,eyni zamanda tarix kimi mövzulardadır.

Bu layihə Tokyo Foundation for Research Policy beyin mərkəzinin təşkilatçılığı, Nippon Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Nippon Fondu ictimai maraqlara xidmət edən, və əsasən dənizçilik sahəsi, eyni zamanda müxtəlif rifah və ictimai xidmətlərlə məşğul olan Yaponiyanın ən böyük fondlarından biridir.

Tokyo Foundation for Research Policy isə sərbəst və qeyri-kommersiya beyin mərkəzi olub, cəmiyyətdə olan kritik problemlərin müşahidə və analiz olunması ilə məşğul olan tədqiqat mərkəzidir.

icon

Foto qalereya