close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Professor Ceyran Mahmudova-60” adlı kitab sərgisi açılıb

19-07-2024

Bu gün Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tanınmış musiqişünas alim, sənətşünaslıq elmləri doktoru, professor Ceyran xanım Mahmudovanın anadan olmasının 60 ili tamam olur. O, 19 iyul 1964-cü il tarixində Bakıda anadan olub.

1971-1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1982-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsinə daxil olub, 1987-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib, 1987-1990-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aspirantı olub.

1994-cü ildə “Azərbaycan təsniflərinin problemləri” mövzusunda namizədlik, 2012-ci ildə “Azərbaycan bəstəkarlarının mahnılarında poeziya ilə musiqinin qarşılıqlı əlaqələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Ali Attestasiya Komissiyası tərəfindən 2003-cü ildə “dosent”, 2017-ci ildə “professor” elmi adına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin olub. 2023-cü il dekabr ayının 13-də “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif edilmişdir.

Professor Ceyran xanım Mahmudovanın anadan olmasının 60 illik yubileyi ilə əlaqədar Milli Kitabxanada “Professor Ceyran Mahmudova-60” adlı kitab sərgisi açılıb.

Sərgidə musiqişünas alimin monoqrafiyaları, tərtibçisi olduğu və redaktə etdiyi kitablar, elmi məqalələri və s. Azərbaycan və xarici dillərdə nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

icon

Foto qalereya