17-02-2015
Fevral ayının 17-də Polşanın antiplagiat kompaniyasının prezidenti Sebastyan Kavçinski və Bakı ofisinin direktoru Əli Təhməzov Azərbaycan Milli Kitabxanasında olmuşlar. Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov qonaqları salamlayaraq Milli kitabxana haqqında, onun elektron resursları barədə qonaqlara məlumat vermişdir.
Kompaniya haqqında məlumat verən cənab Kavçinski bildirmişdir ki, 2002-ci ildən fəaliyyət göstərən kompaniya Moldova, Almaniya, Rumıniya, Polşa və digər Avropa ölkələrində, cənubi Amerikada fəaliyyət göstərir və 200-dən artıq müştərisi vardır.
Azərbaycanın onlar üçün çox maraqlı ölkə olduğunu vurğulayan cənab Kavçinski burada da fəaliyyət göstərməyi düşündüyünü bildirmişdir. Antiplagiat kampaniya artıq Azərbaycanda Ali Attestasiya Komissiyası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Təhsil Nazirliyi və bir neçə ali təhsil ocaqlarının rəhbərləri ilə görüşmüş və antiplagiatlıq üzrə Azərbaycanın milli proqramlarını təklif etmişlər. Kampanıyanın hazırladığı proqramlar təhsil müəssisələrində, nəşriyyatlarda, kitabxanalarda intellektual mülkiyyətin qorunmasına, sənədlərdə plagiat faylların aşkar olunmasına xidmət edir. Proqramlar hər hansı dildə plagiatı müəyyən etmək imkanına malikdir.
Görüşün sonunda cənab Tahirov proqramla ətraflı tanış olacağını, proqramların Azərbaycan Milli Kitabxansı üçün əhəmiyyətini araşdıracağını bildirmişdir.