close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Our Ancient Homeland Western Azerbaijan” adlı elektron məlumat bazasının və ənənəvi kitab sərgisinin təqdimatı keçirilib

16-11-2024

16 noyabr tarixində Milli Kitabxanada 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrası və COP29-la bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tədbirlər planına əsasən Milli Kitabxanada “Our Ancient Homeland Western Azerbaijan” adlı elektron məlumat bazasının və ənənəvi kitab sərgisinin təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq qeyd edib ki, əzəli yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarının xatirəsi hər zaman Azərbaycan xalqının tarixi yaddaşında və milli şüurunda yaşayır. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli liderliyi sayəsində Azərbaycanın ərazi bütövlüyünü tam bərpa edildikdən sonra əzəli yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarına  da nə vaxtsa yenidən qayıdılacağına Azərbaycan xalqının inamı artıb. Bildirib ki, belə sərgilərin keçirilməsində əsas məqsəd qədim yurd yerlərimiz haqqında sənədlərin, tarixi məlumatların, kitabların, dövri mətbuatın təbliği, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasıdır.

Tədbirin davamında “Our Ancient Homeland Western Azerbaijan” adlı elektron məlumat bazasının təqdimatı olub.

Qeyd edək ki, elektron məlumat bazasında “State Care for The People of Western Azerbaijan”, “History”, “Geography”, “Administrative Structure”, “Culture”, “The People of Western Azerbaijan”, “Western Azerbaijan Community”, “Deportation of Azerbaijans from Western Azerbaijan”, “Toponyms”, “History of the Press”, “Publications” və bir sıra materiallar tam mətnləri ilə nümayiş olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Qerbi_Azerbaycan_en/index.html linkindən istifadə edə bilərlər.

Sonda tədbir iştirakçıları “Qədim yurd yerimiz - Qərbi Azərbaycan” adlı geniş kitab sərgisi ilə tanış oldublar.

Ənənəvi kitab sərgisində Qərbi Azərbaycanın tarixi, deportasiya siyasəti, mədəniyyəti, görkəmli ziyalıları, musiqisi və ədəbi mühiti, tarixi və memarlıq abidələri, xalçaları, mətbəxi və s. haqqında Azərbaycan və xarici dillərdə zəngin materiallar, Qərbi Azərbaycan mətbuatı – “Zəngi qəzeti”, “Qızıl Şəfəq”, “Qommunist” nümayiş olunur.

 

icon

Foto qalereya