20-09-2024
16-20 sentyabr tarixlərində Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalarda Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar keçirilən onlayn treninqlər başa çatıb.
Beş gün davam edən treninqin ilk günü Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi, Nərimanov, Nəsimi, Nizami, Səbail, Sabunçu, Suraxanı, Xətai, Xəzər, Qaradağ, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri və M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanası, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər, Abşeron və Xızı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri, həmçinin C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası iştirak edib.
Treninqin ikinci günü F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Ağsu, Qobustan, Şamaxı, İsmayıllı rayon, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Gəncə və Naftalan şəhər, Daşkəsən, Goranboy, Göygöl, Samux rayon və Qarabağ Regional Mədəniyyət İdarəsinin Xankəndi, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər rayon Mərkəzlədirilmiş Kitabxana Sistemlərinin iştirakı ilə keçirilib.
18 sentyabrda Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı rayon, Lənkəran şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin, 19 sentyabrda Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Mingəçevir şəhər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayon, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan, İmişli, Saatlı, Sabirabad rayon, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Şəki şəhər, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala rayon Mərkəzlədirilmiş Kitabxana Sistemləri ilə treninqlər baş tutub.
Treninq 20 sentyabrda Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Şirvan, Biləsuvar, Hacıqabul, Neftçala, Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin iştirakı ilə yekunlaşıb.
Milli Kitabxananın trener-müəllimləri tərəfindən keçirilən dərslərdə iştirak edən kitabxanalarda işin vəziyyəti təhlil edilib, tətbiq prosesində meydana çıxan problemlər, onların aradan qaldırılması yolları göstərilib, suallar cavablandırılıb və lazımi tövsiyələr verilib.