14-10-2016
Oktyabrın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Tədbirdə Milli Kitabxana tərəfindən “Səməd Vurğun -110” başlığı altında kitab sərgisi açılıb. Şairin əsərləri, tərcümələri, müxtəlif dillərə tərcümə olunan əsərləri, redaktoru olduğu, sözlərinə yazılmış mahnılar, ayrı-ayrı şəxsiyyətlərin şair haqqında yazdığı kitablar, qəzet və jurnal materialları sərgilənib. Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.