close
icon E-kataloq və kitabxana

Oksford Universitetinin professoru, kitab tarixi üzrə Almaniya-Rusiya İşçi Qrupunun üzvü (Almaniya, Marburq Universiteti – Rusiya, M.V.Lomonosov adına MDU) Nigel Palmer və Moskva Dövlət Universitetinin German və kelt dilləri kafedrasının müəllimi, filolog

19-11-2015

Noyabrın 19-da Oksford Universitetinin professoru, Britaniya Akademiyasının üzvü, Amerika Medievistika Akademiyasının müxbir üzvü, Gettingen (Almaniya) Elmlər Akademiyasının müxbir üzvü, Oksford Biblioqrafiya Cəmiyyətinin üzvü ,  DFG (Almaniya Tədqiqatçılar Birliyinin) eksperti, Bavariya Dövlət Kitabxanasının (Münxen) orta əsrlərə aid əlyazmalar və qədim mətbu nəşrlər üzrə akademik komissiyasının daimi üzvü, kitab tarixi üzrə Almaniya-Rusiya İşçi Qrupunun üzvü (Almaniya, Marburq Universiteti – Rusiya, M.V.Lomonosov adına MDU) Nigel Palmer və Moskva Dövlət Universitetinin “German və kelt dilləri” kafedrasının müəllimi, filologiya elmləri doktoru xanım Nataliya Qanina Milli Kitabxanada oldular. Onlar kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində qorunub - saxlanılan qədim  kitablara baxmış, Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsinin qədim alman dilində (Qotik şriftdə )  olan  zəngin kitab kolleksiyası ilə tanış oldular. Qonaqlar Milli Kitabxananın bu zəngin  fondunun onlarda dərin təəssürat yaratdığını bildirdilər.