close
icon E-kataloq və kitabxana

“Mütaliəyə münasibətdə Heydər Əliyev nümunəsi” mövzusunda gənclərlə diskussiya

10-05-2018

10 may 2018 - ci il tarixində Milli Kitabxanada Heydər Əliyevin kitabxanaya hədiyyə etdiyi kitabların sərgisi təşkil edilmiş və sərginin önündə “Mütaliəyə münasibətdə Heydər Əliyev nümunəsi” mövzusunda Bakı Dövlət Universitetinin tələbələri və gənc oxucularla diskussiya keçirilmişdir. Diskussiyada iştirak edən gənclər  Ulu Öndərin öz şəxsi kitabxanasından Milli Kitabxanaya bağışladığı kitablarla yaxından tanış olmuşlar. Tədbirdə Heydər Əliyevin kitabxanaya gəlişi, kitaba və kitabxanaya  verdiyi dəyərdən söhbət açılmışdır. Diskussiyada məqsəd  Heydər Əliyev irsinin, gənclərdə kitaba, mütaliəyə marağın  artırılmasında Heydər  Əliyev şəxsiyyətinin dərindən öyrənilməsi olmuşdur.

Həmçinin Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada “Şərəfli ömrün kitabla bağlı anları” adı altında tədbir keçirilmişdir. Kitabxananın direktor müavini Ədibə İsmayılova tədbir iştirakçılarına Azərbaycan dövlətçiliyinin, müstəqil Azərbaycanın formalaşmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz  xidmətlərindən danışmış, gənc nəslə azərbaycançılıq məfkurəsinin aşılanması istiqamətində Heydər Əliyev irsinin, onun və onun haqqında nəşr olunan kitabların gənclərin həyatında mühüm rol oynadığını vurğulamışdır.

Milli Kitabxananın kollektivi tərəfindən Ulu Öndərin xatirəsini əbədiləşdirmək istiqamətində keçirilən  tədbirlər davam edir.