19-11-2015
10-19 noyabr tarixlərində Milli Kitabxananın Treninq mərkəzində keçirilən “Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində “ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” treninqinin növbəti müdavimlərinə sertifikatlar təqdim olunmuşdur.
Tədbirdə Milli Kitabxananın direktoru prof. Kərim Tahirov Milli Kitabxananın əməkdaşları, trenerləri, Ultra şirkətinin mütəxəssisi, Qubadlı, Samux, Qazax, Naftalan, Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin mütəxəssisləri iştirak edirdilər.
Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən yeni iş üsulları, yeni xidmət növləri ilə əyani tanış olmuşlar. Sonda müdavimlərə sertifikatlar təqdim edilmişdir.