close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın Treninq mərkəzində keçirilən “ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” treninqinin növbəti müdavimlərinə sertifikatlar təqdim olunmuşdur

02-09-2015

Regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən Milli Kitabxanada 10 günlük treninqlər təşkil edilir.

22 avqust – 02 sentyabr tarixlərində Milli Kitabxananın Treninq mərkəzində keçirilən “Region kitabxanalarında informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində “ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” treninqinin növbəti müdavimlərinə sertifikatlar təqdim olunmuşdur.

Tədbirdə Milli Kitabxananın direktoru  prof. Kərim Tahirov, direktor müavini Gülbəniz Səfərəliyeva, Milli Kitabxananın digər əməkdaşları, trenerləri,  Ultra şirkətinin mütəxəssisi,  Xızı, Şabran, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Balakən, Lənkəran rayon, Bakı şəhər Səbail, Nizami və Xətai rayon  Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri iştirak edirdilər.

Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən yeni iş üsulları, yeni xidmət növləri ilə əyani tanış olmuşlar.  Sonda müdavimlərə sertifikatlar təqdim edilmişdir.