16-09-2015
Yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən Milli Kitabxanada 10 günlük treninqlər təşkil edilir.
07-16 sentyabr tarixlərində Milli Kitabxananın Treninq mərkəzində keçirilən “Region kitabxanalarında informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində “ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” treninqinin növbəti müdavimlərinə sertifikatlar təqdim olunmuşdur.
Tədbirdə Milli Kitabxananın direktoru prof. Kərim Tahirov, direktor müavini Ədibə İsmayılova, Milli Kitabxananın digər əməkdaşları, trenerləri, Ultra şirkətinin mütəxəssisi, Oğuz, Tovuz, Ucar, Qusar, Zaqatala, Daşkəsən, Xaçmaz, Siyəzən, Astara, Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri iştirak edirdilər.
Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən yeni iş üsulları, yeni xidmət növləri ilə əyani tanış olmuşlar. Sonda müdavimlərə sertifikatlar təqdim edilmişdir.