close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada 1-ci Respublika Sənətkarlıq Festivalı çərçivəsində “Azərbaycan Xalq Sənətkarlığı” adlı geniş kitab sərgisi açılıb

03-07-2019

İyul ayının 3-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunmuş 1-ci Respublika Sənətkarlıq Festivalının açılış mərasimi keçirilmişdir.

Açılış mərasimindən öncə qonaqlar Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada təşkil olunmuş “Azərbaycan Xalq Sənətkarlığı” adlı geniş kitab sərgisi ilə tanış olublar.

Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayev sərgiylə tanışlıqdan  sonra xalq sənətkarlıq incilərini əks etdirən belə dəyərli kitabların nəşrinin vacibliyini qeyd edərək,  “Azərbaycan xalçaları Qarabağ qrupu”, “Azərbaycan xalçaları İrəvan qrupu” kimi kitabların nəfis tərtibatda və müxtəlif dillərdə nəşr edilməsini yüksək qiymətləndirdi.

Sərgidə Azərbaycan xalq sənətkarlığının zəngin nümunələrini əks etdirən xalçaçılıq, toxuma və bədii tikmə, kəlağayı, milli geyim nümunələri, boyaqçılıq, dulusçuluq, xəttatlıq və digər incəsənət növlərinə dair Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar nümayiş olunur.

icon

Foto qalereya