close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın elmi katibi Əminə Cəfərova 21-22 aprel 2016-cı il tarixində Özbəkistan Respublikasının Səmərqənd şəhərində Milli Kitabxananın təşkilatçılığı ilə keçirilən “Elmdə, təhsildə, mədəniyyətdə və biznesdə internet, informasiya və kitabxana r

25-04-2016

Milli Kitabxananın elmi katibi Əminə Cəfərova  21-22 aprel 2016-cı il tarixində Özbəkistan Respublikasının Səmərqənd şəhərində Milli Kitabxananın təşkilatçılığı ilə keçirilən “Elmdə, təhsildə, mədəniyyətdə  və biznesdə internet, informasiya və kitabxana resursları”  adlı 10-cu beynəlxalq konfransda iştirak etmişdir. Hər ilin aprel ayında təşkil edilən beynalxalq konfransın ilaşırı regionlarda keçirilməsinin əsas məqsədi regionları inkişaf etdirmək, onları xarici ölkə mütəxəssislərinin təcrübəsi ilə yaxından tanış etmək və s. ibarətdir.

Konfransda Londan kitabxanası, Latviya Milli Kitabxanası, Çexiya Milli Kitabxanası, B.Yeltsin adına Rusiya Prezident kitabxanası,  Cənubi Koreya Milli Kitabxanası, Qazaxıstan Milli Kitabxanası,  Tbilisi Universitet kitabxanası, Gürcüstan Əlyazmaları Milli Mərkəzindən mütəxəssislər iştirak edirdi.

Aprel ayının 21-də konfrans plenar iclasla öz işinə başladı.  Özbəkistan Milli Kitabxanasının direktoru Asadjon Xodjayev tədbir iştirakçılarını salamladı, Nazirlər Kabinetinin təbrikini konfrans iştirakçıları üçün oxudu. Sonra o, Özbəkistan Milli Kitabxanasının 2015-ci il fəaliyyəti haqqında qısa məlumat verdi.

Plenar iclasda yalnız xarici ölkələrdən gəlmiş mütəxəssislər çıxış edərək öz təcrübələrini özbək həmkarları ilə bölüşdü. Mən  “Azərbaycan ədəbi nümunələrinin beynəlxalq səviyyədə tədqiqində Milli Kitabxananın fəaliyyəti” mövzusunda məruzə etdim.

Aprel ayının 22-də konfrans paralel olaraq 4 bölmədə və bir treniq seminar, bir master klas və vebinar keçirilməklə öz işini davam etdirdi.

Konfransın sonunda moderatorların iştirakı ilə açıq səsvermə yoluyla seçilmiş hər bölmə üzrə ən yaxşı məruzəçilər elan olundu.