close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın Elmi işlər və beynəlxalq əlaqələr üzrə direktor müavini Mələk Xanım Hacıyeva may ayının 6-dən 8-dək Tehran şəhərində keçirilən 28-ci Beynəlxalq Kitab Sərgisində iştirak etmişdir

08-05-2015

Milli Kitabxananın Elmi işlər və beynəlxalq əlaqələr üzrə direktor müavini Mələk Xanım Hacıyeva may ayının 6-dən 8-dək Tehran şəhərində keçirilən 28-ci Beynəlxalq Kitab Sərgisində iştirak etmişdir.

Rusiya,Türkiyə, Pakistan, Fransa, Yaponiya və başqa böyük ölkələrlə bahəm Azərbaycan da bu sərgidə təmsil olunurdu.

Sərginin Azərbaycan bölməsinin stendi Milli Kitabxana və Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi tərəfindən hazırlanmışdır. Stendin əsas hissəsində ümummilli lider Heydər Əliyevin portreti, Azərbaycanın bayrağı və dövlətciliyimizlə bağlı maraqlı material və fotoşəkilləri özündə əks etdirən kitablar yerləşdirilmişdir. Baxımlı yerlərdə Azərbaycanın tarixi abidələri, təbiəti, mədəniyyəti, ədəbiyyatı ilə əlaqəli kitablar da var idi.

Sərgi olduqca maraqlı keçirdi. Azərbaycana göstərilən diqqət xüsusən Tehranın özündən, Təbrizdən, Mərənddən, Xoydan, Zəncandan Ərdəbildən, Biləsuvardan gələn azərbaycanlıların bizim ədəbiyyata olan sonsuz maraqları onların xəfif təbəssümlərində, doğma baxışlarında, isti münasıbətlərində təcəssüm olunurdu.

Sərgidə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin latın qrafikası ilə kütləvi nəşrlərin həyata keşirilməsi haqqında sərəncamı ilə çap olunan müxtəlif seriyalardan, o cümlədən “Klassik Azərbaycan ədəbiyyatı”,“Müasir Azərbaycan ədəbiyyatı”, Azərbaycan xalq ədəbiyyatı”,Azərbaycan dili və tarixi”, Ədəbiyyat antologiyasıseriyasından olan kitablar böyük maraq hissi ilə qarşılanırdı. Xüsusən də həmin kitabların hər birinin 25 000 tirajla çap olunub Azərbaycan kitabxanalarına hədiyyə olunması dünya kitabxana təcrübəsində bir örnək olaraq qiymətləndirilirdi. Sərgidə eyni zamanda Heydər Əliyev Fondunun Azərbaycanın mədəniyyətinə, musiqisinə, dekopativ sənətinə dair çap etdirdiyi nəfis tərtibatlı kitablar və Azərbaycan Respublikası Mədənəyyət və Turizm Nazirliyinin nəşrləri sərgi iştirakçılarının böyük marağına səbəb olurdu.

Sərgi may ayının 16-na kimi davam edəcəkdir.