06-04-2016
Aprel ayının 6-da Milli Kitabxananın direktoru prof. Kərim Tahirov İran İslam Respublikasının Payam Noor Universitetinin prorektoru, doktor Atosa Vaziri, universitetin İş yaradan idarəsinin məsulu doktor Monirsadat Hosseini və universitetin Bakı şəhəri üzrə məsulu doktor Simin Zahedi qəbul etmişdir.
Kərim Tahirov kitabxana haqqında ətraflı məlumat vermiş, son illər kitabxanada yaradılan iş növlərindən, kitabxana proseslərinin avtomatlaşdırılmasından və görüləcək işlərdən danışmış, qonaqları maraqlandıran sualları cavablandırmışdır.
Universitet haqqında məlumat verən prorektor xanım Atosa Vaziri Payam Noor Universitetinin İranda ən iri təhsil ocaqlarından biri olduğunu, orada 1 mln. tələbənin təhsil aldığını bildirmiş, fəaliyyət göstərən 500 filialda 4 min elmi heyətin, ümumilikdə 8 min işçinin çalışdığını qeyd etmişdir. O, universitetin zəngin kitabxanası olduğunu və gələcəkdə Azrbaycanın ən iri kitabxanası ilə də əməkdaşlıq etmək arzusunda olduqlarını bıldirmişdir. Hər iki kitabxananın kitabxanaçıları üçün master klassların, telekonfransların keçirilməsinin də maraqlı ola biləcəyini diqqətə çatdırmışdır.
Qonaqlara Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), Azərbaycanın xəritəsi, Azərbaycan xalçaları və digər kitablar hədiyyə olaraq təqdim olunmuşdur.