12-05-2023
Mayın 12-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda kitabxana quruculuğu” adlı respublika elmi konfransı keçirilib.
İlk öncə Ulu öndər, ümummilli lider Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha donra Ulu öndər Heydər Əliyevin 1995-ci il, iyunun 3-də ilk dəfə Azərbaycan Milli Kitabxanasına gələrkən minatür kitab sərgisinin açılışında və “Vətənə, dövlətə, xalqa sədaqət andı” kitabının təqdimat mərasimində çıxışı tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Tədbir zamanı çıxışçılar Ulu öndərin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, kitabxana işinə diqqət və qayğısından, Heydər Əliyevin mənalı ömür yolundan, zəngin və çoxşaxəli irsindən, onun Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, kitab və kitabxanalarının inkişafındakı xidmətlərindən bəhs edilib.
Çıxışçılar həmçinin “Heydər Əliyev ili” dövründə Azərbaycan Milli Kitabxanasının tədqirəlayiq fəaliyyətindən və kitabxanaşünaslığın elm sahəsi kimi inkişafında Ulu öndərin xidmətlərindən bəhs edib.
Sonda tədbir iştirakçıları və qonaqlar “2023 – Heydər Əliyev ili” adlı geniş kitab sərgisi ilə tanış oldular.