03-02-2016
Fevralın 3-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə “Gəncliyin səsi” adlı festival çərçivəsində “Gənc yazarlarla görüş” keçirilmişdir.
Tədbirİ Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq festival çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışmış, yaradıcı gənclərin bütün sahələrdə fəaliyyətinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu söyləmişdir. Ümummilli lider, ulu öndərimiz Heydər Əliyev cənabları tərəfindən qoyulan bu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin redaktoru Rəşad Məcid Gənclər Günü ilə bağlı keçirilən silsilə tədbirlərdən danışmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Yaşar Əliyev Bakıda keçirilən “Gəncliyin səsi” festivalının əhəmiyyətindən danışaraq gənc istedadların üzə çıxarılması, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsinə yol açdığını bildirmişdir.