close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “İmzalı görüş” layihəsi çərçivəsində millət vəkili, yazıçı-publisist Aqil Abbasla görüş keçirilmişdir

22-04-2015

Aprel ayının 22-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu ilə birgə Azərbaycan gənclərini və yeniyetmələrini kitabxanalara cəlb etmək məqsədilə “İmzalı görüş” layihəsi çərçivəsində millət vəkili, yazıçı-publisist Aqil Abbasla görüş keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamış, bu Layihənin əhəmiyyətinin mühümlüyünü qeyd etmişdir.

Sonra söz Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Quliyevə verilmişdir. Vaqif müəllim bugünki gənclərin kitaba, mütaliəyə münasibətindən danışmışdır.

Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, filol. elmləri doktoru, tənqidçi Vaqif Yusifli, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun  İnformasiya təminatı sektorunun məsləhətçisi Ramilə Qurbanlı da gənclərin mütaliəyə həvəsindən, onları mütaliəyə cəlb etməyin yollarından danışmışlar. Tədbirdə Aqil Abbasın “Dolu” romanı müzakirə olunmuş, oxucuların sualları müəllif millət vəkili, yazıçı-publisist Aqil Abbas tərəfindən cavablandırılmışdır.

Sonda gənc oxuculara Aqil Abbas tərəfindən imzalanmış 50 ədəd “Dolu”  romanı paylanılmışdır.

Tədbir iştirakçıları yazıçının yaradıcılığını özündə əks etdiən sərgi ilə tanış olmuşlar.