close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada cəbhədə qələbə qazanan Azərbaycan ordusuna dəstək məqsədilə tədbir keçirilmişdir

05-04-2016

Aprel ayının 5-də Milli Kitabxanada cəbhədə qələbə qazanan Azərbaycan ordusuna dəstək məqsədilə tədbir keçirilmişdir. Əvvəlcə Azərbaycan himni səsləndirilmiş, daha sonra bütün Azərbaycan şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru prof. Kərim Tahirov aprelin 2-dən etibarən gecə və gün ərzində Ermənistan Silahlı Qüvvələrinin  bütün cəbhə boyu Azərbaycanın möqelərini, yaşayış məntəqələrini  intensiv atəşə tutmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin hücuma keçərək mühüm əhəmiyyət kəsb edən yüksəkliklərə nəzarəti ələ keçirməsindən, həmin gün işğalçıların təxribatını dəf edən Azərbaycan ordusunun 12 hərbçisinin həlak olduğundan, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ABŞ-dan səfərdən geri qayıdaraq aprelin 2-də  Təhlükəsizlik Şurasının iclasını keçirməsindən danışmışdır. O, Azərbaycan xalqının Ali Baş Komandanın ətrafinda sıx birləşdiyini, onun bütün əmr və göstərişlərini dərhal yerinə yetirməyə hazır olduqlarını bildirmişdir. K.Tahirov azadlığa gedən yolun  şəhidsiz mümkün olmadığını söyləmiş, şəhidlərin doğmalarına səbr diləmişdir.  Haqq-ədalət uğrunda vuruşan xalqımızın səbrinin artıq tükəndiyini, 20 ildən artıqdır ki, atəşkəs elan olunmasına baxmayaraq qarşı tərəfin tez-tez atəşkəsi pozaraq dinc əhaliyə və orduya atəş açdığını, bu müddətdə vətənimizin şəhidlər verdiyini söyləmişdir. Ermənilərin  informasiya məkanındakı təxribatından danışan direktor hər kəsi ayıq olmağa çağırmışdır.

Bu gün hətta ATƏT, Avropa Şurası və BMT-nin erməni təcavüzkarlarının zəbt etdikləri Azərbaycan torpaqlarını boşaltmalı olduqlarını söyləməsi qələbənin çox yaxında olduğuna işarədir. O, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycan ordusunun zəfərinə inandlğını söyləmiş, hamını birliyə çağırmış, lazım gələrsə səfərbərliyə hazır olduğumuzu bildirmişdir.

Çıxış edən digər əməkdaşlar Azərbaycan ordusunun gücünə inandıqların bildirmiş, ilk çağırışda xalqın Ali Baş Komandanın səsinə səs verməyə hazır olduqlarını söyləmiş, Azərbaycan əsgərinə uğurlar diləyərək yalnız irəli getməyi arzulamışlar.