close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 120 illik yubileyi münasibəti ilə Milli Kitabxana tərəfindən hazırlanmış Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından çap olun

20-06-2017

İyun ayının 20-də Milli Kitabxanada Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 120 illik yubileyi münasibəti ilə Milli Kitabxana tərəfindən hazırlanmış Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından çap olunmuş “Əziz Əliyev. Biblioqrafiya”kitabının və “Əziz Əliyev” Elektron məlumat bazasının təqdimat mərasimi keçirilmişdir.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamışdır. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ötən ilin noyabr ayında görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzalandığını, bununla əlaqədar respublikada keçirilən silsilə tədbirlərdən danışdı. O, görkəmli alimin vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışaraq, onun böyük təşkilatçı, dövlət xadimi olduğunu qeyd etmişdir.
Sonra Əziz Əliyev haqqında qısa film nümayiş olunmuşdur.
Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev Azərbaycan xalqının tarixində əbədi yer tutan görkəmli insanlar sırasında tibb elmləri doktoru, professor Əziz Əliyevindövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyətindən danışmış, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına onun xüsusi xidmətləri olduğunu qeyd etmişdir.
Akademik Nizami Cəfərov, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov, Milli Məclisin üzvü Aydın Mirzəzadə, publisist-politoloq Reyhan Mirzəzadəçıxış edərək görkəmli alimin nümunəvi həyat yolundan söz açmış, ömrünü tibb elminin inkişafına həsr edən Əziz Əliyevin Azərbaycanda səhiyyə işinin təşkilinə xüsusi diqqət yetirdiyindən, onun bu sahədəki əvəzsiz xidmətlərindən danışmışlar.
Görkəmli alim haqqında tərtib olunmuş fundamental biblioqrafiyadan danışanBDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılovvəsaitin 1933-cü ildən 2017-ci ilədək olan dövrü əhatə etdiyini, Azərbaycan və rus dillərində tərtib olunduğunu, görkəmli alimin əsərləri, həyat və yaradıcılığına dair materialların bölmələr daxilində xronoloji prinsiplə, əlifba sırasına uyğun düzüldüyünü qeyd etmiş, vəsaitin tədqiqatçılar üçün əsl töhfə olduğunu bildirmişdir.
Milli Kitabxananın şöbə müdiri Rübabə Səfərova “Əziz Əliyev”Elektron məlumat bazasını təqdim etmişdir.
Tədbir iştirakçıları görkəmli alimin zəngin həyat yolunu özündə əks etdirən “Əziz Əliyev-120” kitab sərgisi ilə tanış oldular.
Tədbirdə görkəmli elm xadimləri, alimlər, ziyalılar, səhiyyə işçiləri, Milli Kitabxananın əməkdaşları və b. iştirak edirdilər.