close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada AR-nın Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Argentinanın Azərbaycan Respublikasındakı səfirliyinin birgə layihəsi olan Adolfo Bio Kasaresin “Morelin ixtirası” kitabının təqdimat mərasimi keçirilmişdir.

02-06-2016

İyun ayının 2-də Milli Kitabxanada Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Argentinanın  Azərbaycan Respublikasındakı səfirliyinin  birgə layihəsi olan Adolfo Bio Kasaresin “Morelin ixtirası” kitabının təqdimat mərasimi keçirilmişdir.
Argentinanın  Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Carlos Dante Riva tədbir iştirakçılarını salamladı. O öz çıxışında Adolfo Bio Kasaresin Azərbaycanda ilk dəfə nəşr olunduğunu, kitabın Azərbaycan dilinə tərcüməsinin Argentina Xarici İşlər və Etiqad Nazirliyinin dəstəyi üzrə “Sur (Cənub)” Proqramı çərçivəsində həyata keçirildiyini söylədi.

1940-cı illərdə yazılmış bir əsərin Azərbaycan dilinə tərcümə olunaraq oxuculara təqdim edildiyindən məmnunluq duyduğunu söylədi və bu əsərin ərsəyə gəlməsinə görə Azərbaycan Tərcümə Mərkəzinə minnətdarlığını bildirdi.
Azərbaycan Tərcümə Mərkəzinin direktoru xanım Afaq Məsud əvvəlcə Mərkəzin fəaliyyəti haqqında qısa məlumat verərək Azərbaycan ədəbiyyatının dünyada təbliği və dünya ədəbiyyatının Azərbaycanda təbliği sahəsində gördükləri işlərdən danışdı. Argentina və Latın Amerikası ədəbiyyatından, təqdimatı keçirilən kitabdan danışan A.Məsud cənab səfirə əsərləri tərcümə olunmaq üçün yazıçı Adolfo Bio Kasaresi təqdim etdiyinə görə təşəkkürünü bildirdi.
Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov Tərcümə Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi, bu kitabın tərcüməsinə görə oxucular adından minnətdarlığını bildirdi.

Çıxışçılar Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin redaktoru Rəşad Məcid, Tərcümə Mərkəzi Aparatın rəhbəri Yaşar Əliyev Latın Amerikası, Argentina ədəbiyyatından danışaraq Azərbaycan oxucusuna yeni ad tanıtdıqlarına görə minnətdarlıqlarını bildirdilər.