26-08-2024
2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul edilən qərara əsasən 26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. Bu qərar Azərbaycan mədəni irsinə beynəlxalq səviyyədə göstərilən marağı, diqqəti, yüksək dəyəri əks etdirir.
Bu gün Azərbaycan muğam sənəti tarixinin parlaq dövrünü yaşayır.
Ölkəmizdə “Muğam aləmi” Beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, “Qarabağ xanəndələri” albomunun buraxılması, “Muğam” jurnalının, “Muğam ensiklopediyası”nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdəndir.
Milli Kitabxanada bu günlə əlaqədar “26 avqust - Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_Azerbaycan_mugami_ve_musiqisi_gunu/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan Azərbaycan muğamı və musiqisi mövzusunda ədəbiyyatlar, musiqi albomları və s. materiallar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.