Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxana-sərbəst mütaliə bölməsində gənclərdən ibarət Könüllülər qrupu fəaliyyət göstərir. 19 yanvar tarixində Açıq kitabxana-sərbəst mütaliə bölməsində fəaliyyət göstərən Könüllülər qrupu tərəfindən 20 yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə K. Kərimov adına 8 saylı tam orta məktəbin 4b, 5a, 5b, 5c, 6b, 6c sinif şagirdləri iştirak ediblər. Öncə 20 yanvar faciəsi zamanı qətlə yetirilmiş insanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbir zamanı 34 il əvvəl baş vermiş yanvar hadisələri haqqında şagirdlərə məlumat verilib. Sonra məktəblilər xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 20 yanvar hadisəsinə həsr olunmuş sərgi ilə tanış olub, şeirlər və hekayələr söyləyiblər.
Sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/20_Yanvar_Qan_yaddasimiz/index.htm linkindən istifadə edə bilər.